Qənirə Paşayevanın Reyhanlıda Qarabağ parkı və Azərbaycan küçəsi təklifi dəstəklənib

Qarabağ və Türk dünyası ilə bağlı konfranslar keçirmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Suriya sərhədində yerləşən Reyhanlı bölgəsində də olub və Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi ilə görüşüb.

Qarabağ və Türk dünyası ilə bağlı konfranslar keçirmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Suriya sərhədində yerləşən Reyhanlı bölgəsində də olub və Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi ilə görüşüb. "Olaylar" xəbər verir ki, millət vəkili Q.Paşayeva bildirib ki, son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Reyhanlının da  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda  Reyhanlının mərkəzi kiüçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə "Şəhidlər" abidəsinin qoyulacağına inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi də  aparıb. Azərbaycanı çox sevdiyini deyən Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Reyhanlı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Reyhanlıda Azərbaycan küçəsi, Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Rehyanlı  bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31