Miqrasiya Xidməti regionlarda maarifləndirmə tədbiri keçirir

Dövlət Miqrasiya Xidməti Ağsuda “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. “OLAYLAR”-ın xəərinə görə, tədbirdə ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb.

Dövlət Miqrasiya Xidməti Ağsuda "Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları" mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. "OLAYLAR"-ın xəərinə görə, tədbirdə ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı DMX tərəfindən hazırlanmış video slaydların müşayiəti ilə vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində ətraflı məlumat verilib. Müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar və tələb olunan sənədlər diqqətə çatdırılıb. Tədbirin sonunda bir şəxsə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi və 2 nəfərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı sənədlərin siyahısı, 1 şəxsə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31