Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə tədbir keçirildi

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” adlı mühazirə keçirilib. Səfirlikdən Olaylar – a bildirilib ki,  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra Misirlə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi.

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə "Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)" adlı mühazirə keçirilib. Səfirlikdən Olaylar - a bildirilib ki,  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra Misirlə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi. Tədbirdə çıxış edən AMEA Əlyazmalar İnstitutunun Ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri professor Kamandar Şərifov və AMEA Ədəbiyyat İnstitutunun Qədim Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin apardığı işlərdən, Misir və Azərbaycan arasında mədəni əlaqələrdən və bu əlaqələrin vacibliyindən danışdılar.
Daha sonra Misir Milli Kitabxanası və Arxivinin sədri Dr. Əhməd Şuki "Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)" adlı mühazirə ilə çıxış edərək Misirdə olan memarlıq abidləri və onların tikintisi haqqında məlumat verdi.Mühazirədə  Memarlıq və İnşaat, Bakı Avrasiya, Dillər Universitetinin tələbələri iştirak edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31