“Azəravtoyol” təkzib etdi

 “Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib”.

Şimali İraqda keçirilən referendumu dəstəkləyən şəxs bu qurumda işləmir

"Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu "Azəravtoyol" ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli səsləndirib: "Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub. Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, "Azəravtoyol" ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.

Xahiş edirik ki, bundan sonra "Azəravtoyol" ASC ilə bağlı olan hər-hansı bir məlumatı yayımlamamışdan öncə bizimlə dəqiqləşdirəsiniz və yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verəsiniz. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31