Gündəm

Reketçilikdə təqsirləndirilən baş redaktor və müavininin həbs müddəti uzadılıb

28 Sentyabr 2017 13:02

Səbail Rayon Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin və onun müavini Hikmət Nəcəflinin barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtının uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məlumata görə, məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırıb.

2055-ci ilə qədər YOX OLACAQLAR – “6-cı nəsil kütləvi tükənmə” XƏBƏRDARLIĞI

28 Sentyabr 2017 12:59

Qlobal istiləşmə və torpaqların kənd təsərrüfatı üçün həddindən artıq istifadəsi yalnız təbiəti deyil, həmçinin insanların ərzaq ehtiyatlarını da məhv edəcək. Alimlərin tədqiqatına görə, kartof, qəhvə və kakao 2055-ci ilə qədər yox ola bilər. Bioloji müxtəliflik mövzusunda araşdırmalar aparan “Bioversity International” adlı mütəxəssislər qrupu tərəfindən dərc olunan məruzədə qlobal istiləşmə, xəstəliklər və kübrələr səbəbiylə yalnız vəhşi təbiətin deyil, insanların əsas qida ehtiyatlarının da təhlükə altında olduğu bildirilir. Alimlər bunu “6-cı nəsil kütləvi tükənmə” adlandırırlar.

Pentaqon: Sivil vətəndaşları yanlışlıqla vurduq

28 Sentyabr 2017 12:54

ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda hava hücumları zamanı yanlışlıqla sivil vətəndaşları vurduqları məlum oldu. Olaylar bildirir ki, hadisə Kabil şəhərində baş verib. ABŞ qüvvələri  şəhərdə yerləşən hava limanını havadan zərbələr endiriblər. ABŞ və onun müttəfiqlərinin “Stabil dəstək” adı altında aparılan əməliyyat zamanı zərbələr yanlışlıqla sivil insanlar yaşayan məntəqələrə endirilib. Nəticədə bir nəfər həlak olub, 4 nəfər ağır yaralanıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.

Nazir vətəndaşları dinlədi

28 Sentyabr 2017 12:53

Sentyabrın 28 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarının vətəndaşlarını qəbul edib. Olaylar bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya  və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Rusiya banklarında dollar qıtlığı yaranıb

28 Sentyabr 2017 12:52

Rusiya bankları Mərkəzi Bankdan (Rusiya Bankı) svop əməliyyatlar vasitəsilə tarixi rekord həcmdə valyuta cəlb edib. Belə bir vəziyyətin yaranması banklarda olan valyuta qıtlığından xəbər verir. Ekspertlər valyutaya tələbin davam edəcəyini və dolların bahalaşacağını proqnozlaşdırırlar.

Bölgələrdə işığa görə borcların ödənilməsi qaydası dəyişdi

28 Sentyabr 2017 12:50

Bölgələrdə poçtlar vasitəsilə ödənilən elektrik enerjisinə görə borclar bundan sonra terminallarda ödəniləcək. Bu barədə Mil-Muğan bürosu məlumat yayıb.

Trampın açıqlaması dolları bir qədər də möhkəmləndirəcək

28 Sentyabr 2017 12:45

ABŞ Prezidenti Donald Trampın vergi islahatları ilə bağlı dünənki çıxışından sonra dollar möhkəmlənməyə, faizlər isə yüksəlməyə başlayıb. Seçkilərdən öncə Tramp korporativ vergiləri 35%-dən 15%-ə qədər azaltmağa söz versə də, dünən 20%-ə qədər azaldacağını açıqlayıb. İnvestorlar bu açıqlamadan sonra ABŞ dövlət istiqrazlarını satmağa və dollar almağa başlayıblar. Nəticədə, 10 illik istiqrazların faizi 8 bənd artaraq son 8 həftənin maksimumuna - 2,317%-ə çatıb. Dollar indeksi isə 0,2% artaraq 93,5 bənd təşkil edib.

Elsevər Ağayev: "Azərbaycanda 70-ə yaxın dövlət tibb müəssisəsi publik hüquqi şəxs olacaq"

28 Sentyabr 2017 12:42

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Emin Sabitoğlunun qızı atasının "plagiat" musiqisindən DANIŞDI - AÇIQLAMA

28 Sentyabr 2017 12:38

Azərbaycanın Xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun qızı Ceyran Mahmudova “İstintaq” filminin soundtrekinin plagiat olmasına münasibət bildirib.

Avro-2020-nin seçmə mərhələsinin püşkü Dublində atılacaq - Tarix açıqlandı

28 Sentyabr 2017 12:34

UEFA Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin İrlandiyanın paytaxtı Dublində keçirilməsi barədə qərar qəbul edib. Məlumata görə, püşkatma mərasimi 2018-ci il dekabrın 2-də keçiriləcək.

Bu şəxsləri dini təsir altına salmaq mümkün olmur

28 Sentyabr 2017 12:31

"Qurani-Kərim"i diqqətlə oxuyanları dini təsir altına salmaq mümkün olmur. Əfsuslar olsun ki, bu gün bəzi qadınlar "məscid" dedikdə dəfni, "qara paltar" dedikdə din başa düşürlər. Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır. Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür.

QMİ: Bu, əvvəllər məscidlərdə gizli həyata keçirilirdi

28 Sentyabr 2017 12:29

Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni olacaq. Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin 1-ci müavini Salman Musayev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

Vətəndaşlardan 12 min manat qoparan şəxs saxlanıb

28 Sentyabr 2017 12:26

Sumqayıtda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

"Həmsədrlərin yeni təklifləri müzakirə edilir"

28 Sentyabr 2017 12:25

“Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir. Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub. Bildiyiniz kimi dünyada Dağlıq Qarabağ kimi məsələlər çoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyev və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər gündəlik bu məsələ ilə məşğuldurlar”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

28 Sentyabr 2017 12:21

Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunu  Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.