"Həmsədrlərin yeni təklifləri müzakirə edilir"

“Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir. Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub. Bildiyiniz kimi dünyada Dağlıq Qarabağ kimi məsələlər çoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyev və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər gündəlik bu məsələ ilə məşğuldurlar”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir. Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub. Bildiyiniz kimi dünyada Dağlıq Qarabağ kimi məsələlər çoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyev və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər gündəlik bu məsələ ilə məşğuldurlar". Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini xatırladan deputat söyləyib ki, ortada həmsədrlərin yeni təklifləri müzakirə edilir: "Mətbuatda verilən xəbərlərə görə, Azərbaycan bəzi təkliflərə razılığını verib. Əgər belədirsə, o zaman demək ki, Azərbaycanın ərazi bütövlüyünü nəzərə alan müəyyən təkliflər var. Çünki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə ancaq Ermənistan qoşunlarının işğal altında olan torpaqlarımızdan çıxarılmasında görür".

Həmsədrlərin oktyabr ayında regiona səfərinə toxunan deputat əlavə edib ki, XİN başçılarının son görüşündə xırda da olsa nəticə əldə olunubsa, onun ardınca digər addımların atılması da mümkündür: "Həmsədrlər yəqin ki, təkliflərini həm Azərbaycan, həm də Ermənistan prezidentinə təqdim etmək və bu məsələlərin müzakirə edilməsi üçün tərəflərin görüşünü təşkil etmək istəyərlər. Əgər həmin görüşlərdə müəyyən nəticələr əldə etmək mümkün olarsa, Azərbaycan o görüşə gedəcək, əks halda, ölkəmiz görüş naminə görüşün tərəfdarı deyil".

A.Mirzəzadə qeyd edib ki, Ermənistan qoşunları işğal altında olan torpaqlarımızdan çıxarmalı, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: "Düşmən ölkə anlamalıdır ki, Azərbaycan onların istənilən təxribatına sərt cavab verəcək. Bütün bu məsələlər Azərbaycanın gücünü və siyasi nüfuzunu göstərir. Azərbaycan Prezidenti də BMT tribunasında çıxışı zamanı ölkəmizin mövqeyini bir daha ortaya qoymuş oldu və ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün prinsipal mövqeyini açıqladı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31