Gündəm

"Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir"

28 Sentyabr 2017 13:53

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Görüdüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır.

ABŞ Antiterror Mərkəzinin rəhbəri: "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"

28 Sentyabr 2017 13:49

"İranın "Hizbullah”dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına  imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini  terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə  Azərbaycana,  Misirə, Tailanda, Kiprə və Peruya göndərir”.

General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir

28 Sentyabr 2017 13:42

Dağıstan rəhbəri postuna əsas namizəd “Rosqvardiya”nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Virtualaz.org xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib.

Bakıda acınacaqlı vəziyyət: küçələr gölməçələrə çevrildi

28 Sentyabr 2017 13:39

Ötən gün yağan intensiv yağış paytaxt küçələrində xoşagəlməz görüntülərin ortaya çıxmasına səbəb olub. Yerli KİV bildirir ki, sürücülər su ilə dolan yollarda çətinliklə hərəkət edib. Xüsusilə, Binəqədi yolunda yağış sularının yaratdığı böyük gölməçələr sürücülərə paytaxt küçələrində əsl adrenalin yaşadıb.

Suriya ordusu Homsun 7 yaşayış məntəqəsini azad etdi

28 Sentyabr 2017 13:37

Suriya ordusu Homsun şərq hissəsinə hücumları bərpa edib.  50 kvadrat kilometrlik ərazi İŞİD terrorçularından azad edilib. Ordu Hama və Homsun 7 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Aşura günü qanvermə aksiyası keçirilməsi üçün 17 yer ayrılıb

28 Sentyabr 2017 13:35

Oktyabrın 1-də Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək. İdarədən  verilən məlumata görə, qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edəcək.  

Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Mikayıl Cabbarov əmr verdi

28 Sentyabr 2017 13:27

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub. Məlumata görə, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Putinin “coker”ləri və Medvedevin 7 potensial VARİSİ

28 Sentyabr 2017 13:24

Gözlənildiyi kimi, Vladimir Putin ilin sonunda dördüncü prezidentlik müddətinə gedib-getməmək barədə qərarını elan edəcək. Hələ o da dəqiq deyil ki, onun namizədliyi özü, yoxsa “Vahid Rusiya” Partiyası tərəfindən irəli sürüləcək. Həmçinin aydın deyil ki, Putin seçicilərə hansı proqramı təqdim edəcək. Amma əsas məsələ odur ki, dövlətdə ikinci postu - baş nazir kreslosunu kim sahiblənəcək. Bir neçə variant var: Dmitri Medvedevin bu postda saxlanılmasından tutmuş, baş nazir vəzifəsinin ləğvinə qədər.

Nazir müavini: "Gələn il ölkədə icbari tibbi sığortanın sahəsi genişlənəcək"

28 Sentyabr 2017 13:21

Azərbaycanda illik icbari tibbi sığortanın xidmət haqqı ilə bağlı məsələyə baxılır. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ hələ də müzakirə olunur. 2016-cı ildən səhiyyə islahatlarının vacib hissəsi olan icbari tibbi sığortanın pilot layihələrinin tətbiqinə başlandığını xatırladan nazir müavini qeyd edib ki, Mingəçevir şəhəri və Yevlax rayonunda icra olunan icbari tibbi sığortanın gələn il sahəsi genişlənəcək.   

Yağış davam edəcək, külək əsəcək

28 Sentyabr 2017 13:19

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Türkiyənin müdafiə naziri: “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”

28 Sentyabr 2017 13:17

“Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”. Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Prokuror müğənni Aygün Bəylərin qardaşına cəza istəyib

28 Sentyabr 2017 13:15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Abşeronda 2 piyadanı avtomobil vurub

28 Sentyabr 2017 13:13

Abşeron yayonunda iki piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 27-də saat 20.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi “Ford” markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub.

Nazir həmkarı ilə görüşdü

28 Sentyabr 2017 13:11

Səhiyyə naziri Oqtay Şirəliyev  ölkəmizdə rəsmi səfərdə olan Belarusiya Respublikasının səhiyyə naziri Malaşko Valeriy Anatoliyevici və nümayəndə heyətini qəbul edib. Olaylar bildirir ki, Səhiyyə Nazirliyində baş tutan görüşdə ilk olaraq belarusiyalı nazir səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirib. Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurla inkişaf etdiyi vurğulandı.

Hülya Acunu SİLDİ

28 Sentyabr 2017 13:10

“Həyatımdan 4 adamı sildim” deyən Hülya Avşarın instagram hesabından dostu, TV8 – in rəhbəri Acun Ilıcalını da sildiyi məlum olub. Yaxın günlərdə Fransada 3 – cü dəfə ailə quran Acunun dəvətliləri sırasında görünməməsi də diqqətlərdən yayınmamışdı. Qeyd edək ki, Acun Ilıcalı instagram hesabından hələ də Hülya Avşarı izləməyə davam edir.