Türkiyənin müdafiə naziri: “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”
“Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”. Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
28 Sentyabr 2017 13:17 Siyasət"Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq". Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə gücünü birləşdirir: "Biz müdafiə sənayesi sahəsində də birgə hərəkət edirik. Azərbaycan və Türkiyənin milli silah sistemlərini inkişaf etdirməsi lazımdır. Bu, torpaqlarımızı müdafiə etmək üçün vacibdir". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31