Abşeronda 2 piyadanı avtomobil vurub

Abşeron yayonunda iki piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 27-də saat 20.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi “Ford” markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub.

Abşeron yayonunda iki piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 27-də saat 20.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi "Ford" markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Digər yol-nəqliyyat hadisəsi həmin gün saat 22.00 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini Namiq Əhmədxanov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən qəsəbə sakini Nəbi Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31