Gündəm
Azərbaycan musiqisi Niderlandda tanıdılır
Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərləri böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi Tofiq Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.
Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolundan danışılacaq
Sentyabrın 29-da Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) Təhsil Nazirliyi ilə birgə “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirəcək.
Deputatımız AŞ PA-nın tədbirinə qatılıb
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək seminarda iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşdə səfər edib.
Telefon oğrusu tutulub
Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Bakı şəhər sakini Ruhanə Quliyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kənan İsmayılov tutulub. İlkin araşdırmalar zamanı onunəvvəllər məhkum olunduğu müəyyən edilib.
24 könüllüyə sertifikat verilib
Əmlak Məsələləri Dövlət Komitəsi könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, 24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də qurumun müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər.
40 ailəyə mənzillərin açarı və çıxarış verilib
Prezident İlham Əliyevın təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.
Azərbaycanda 10 mindən artıq dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib
"Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub". Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ rotasiya olunan, təkmilləşən prosesdir. E. Ağayevin sözlərinə görə, bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür: “Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib”.
BNA: Təhlükəsizlik xidməti və polis əməkdaşları stadiondan çıxan azarkeşləri yanlış yönləndirib
"Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün baş tutan "Qarabağ" - "Roma" matçından əvvəl də, sonra da öz üzərinə düşən vəzifəni yerinə yetirib". Bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
Deputat: Bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar
“Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
MEK – də Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirildi
AMEA Mərkəzi Elmi Kitabxanasının və Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, MEK – də baş tutan təqdimatda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları, Bakı Dövlət Universitetinin müəlllim və tələbə heyəti iştirak edib.
Kolumbiya yazıçı AYB – də
V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində paytaxtımızda səfərdə olan Kolumbiya yazıçısı və araşdırıcısı Conrado Zuluaga ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) görüş keçirilib. AYB-dən Olaylar -a bildirilib ki, birliyin sədri, Xalq Yazıçısı Anar qonağa Azərbaycan tarixi, Qarabağ həqiqətləri barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Görüşdə Kolumbiya–Azərbaycan ədəbi əlaqələrinin inkişaf perspektivləri, bütövlükdə ispandilli ədəbiyyatın dünyadakı yeri, yeni nümun
Məşhur yazar törətdiyi CİNAYƏTİ ETİRAF ETDİ
Məşhur Behzat Ç. serialının yazarı Emrah Serbes hər kəsi təəccübləndirəcək etiraf etdi. Olaylar bildirir ki, sentyabrın 22 – də Aydın İzmir yolunda baş verən avto qəza zamanı iki nəfər həlak olmuşdu. Məşhur yazar və ssenarist Emrah Serbes ata və qızın ölümünə səbəb olan avto qəza etdiyini yazdığı məktubda etiraf edib.
Balidə fövqəladə vəziyyət elan olundu
İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi hələ də qalır. Bu səbəbdən adadan təxliyə olunan insanların sayı 96 minə çatıb. Yerli hakimiyyət vulkanın ətrafında sirenalar quraşdırıb. Vulkanın aktivliyi yüksək olaraq qalır.
"Azərsu": "Builki payız-qışa hazırıq, yollarda subasmalar olmayacaq"
Sentyabrın 27-dən etibarən Bakıda hava şəraiti kəskin dəyişib, temperatur aşağı enib, gecədən başlayaraq intensiv yağış yağır. Yağışların yağması Bakının ənənəvi problemini də özü ilə gətirib: iri gölməçələr, keçilməz yollar...
Beren Saat Kənandan ayrılıb? - Üzüyü barmağından çıxartdı
Aktrisa Beren Saat "Fatmagülün suçu ne" serialından rəfiqəlik etdiyi həmkarı Esra Dermancıoğlu ilə gecələrdə kameralara tuş gəlib.














