Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolundan danışılacaq
Sentyabrın 29-da Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) Təhsil Nazirliyi ilə birgə “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirəcək.
28 Sentyabr 2017 14:22 SosialSentyabrın 29-da Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) Təhsil Nazirliyi ilə birgə "Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu" mövzusunda dəyirmi masa keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Milli QHT Forumundan daxil olub. Bildirilib ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi" adlı layihə çərçivəsində baş tutacaq. Dəyimi masada Təhsil Nazirliyi, QHT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.