Gündəm
Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bununla da dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).
Qadınlara qarşı zorakılıq aktual bəşəri problemdir
Qadın, cəmiyyətlərin sağlam ictimai şüurla ərsəyə gəlməsində mühüm pay sahibi olmaqla, demoqrafik inkişaf və tərəqqi mənbəyidir. Lakin dəyərli olan bu şüur sahibləri zərifliklərinə görə, ən çox da dini-mifoloji amillərin təsiri nəticəsində əsrlər boyu zorakılıqlara, qeyri-hüquqi şəraitə və məhdud imkanlara məhkum edilib.
NATO Azərbaycanla six inteqrasiyaya maraqlıdır
Azərbaycanın Respublikasının yerləşdiyi coğrafiyada oynadığı mühüm rol, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, eləcə də beynəlxalq səviyyədə həyata keçirdiyi etibarlı tərəfdaşlıq siyasəti Bakıya olan beynəlxalq marağı getdikcə artırır. Hazırda müşahidə edilən müsbət tendensiya ondan ibarətdir ki, beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı dövlətlər Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Bu maraq NATO tərəfindən də hiss edilməkdədir.
Valideyndən məcburi aliment hansı qaydada tutulur?
Azərbaycanda boşanma hallarının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmlər tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideyinlik hissini itirmiş insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar.
Genişlənməkdə olan Amerika-Azərbaycan münasibətləri
Yeni Ağ Ev rəhbərinin prezident kimi fəaliyyətə başladığı ilk gündən xarici siyasət xəttində müəyyən korrektələr etməsi Azərbaycana da təsirsiz ötüşmədi. Amma sevindirici məqam ondan ibarət idi ki, bu təsir özünü daha çox müsbət istiqamətdə göstərirdi. Belə ki, ABŞ prezidenti Donald Trampın cari ilin may ayında qısa zaman kəsimində iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış olduğu məktublar və həmin məktublarda Ağ Ev rəhbərinin rəsmi Bakının regiondakı yeri və rolunu xüsusi qeyd edərək Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu ifadəsini işlətməsi Vaşinqtonla Bakı arasında münasibətlərdə yeni bir mərhələnin başlayacağından xəbər verirdi.
Uqandada DƏHŞƏT! Cadugərlər quraqlığın bitməsi üçün uşaqları qurban edib
Uqandada cadugərlər uzun müddət davam edən quraqlığın başa çatması üçün uşaqları qurban veriblər. Uqandada son 50 ilin ən güclü quraqlığı yaşanır. Mütəxəssislərin fikrincə, quraqlıq 1,5 milyon insanın aclıqdan əziyyət çəkməsinə səbəb ola bilər. Ölkədə uşaqların qurban gətirilməsi şübhəsi ilə əlaqədar 44 nəfər saxlanılıb. Ölkə polisi son bir il ərzində 10-dan çox uşaq meyitinin qalıqlarını aşkar edib.
İİTM: Azərbaycanın iqtisadi inkişafı neft amilinə deyil, Prezident İlham Əliyevin islahatlarına əsaslanır
Dünya İqtisadi Forumunun "2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi"ndə Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir. Məlumata görə, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Rusiya-Türkiyə əlaqələri yeni müstəviyə keçir
Rusiya ilə Türkiyə arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Söhbət Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Türkiyəyə nəzərdə tutulan səfərindən gedir. Kütləvi informasiya vasitələrinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə və aparılan danışıqlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Yaxın Şərqdə cərəyan edən proseslər, xüsusilə bu günlərdə Şimali İraqda keçirilən referendumdan sonra baş verə biləcək hadisələr əsas müzakirə mövzusu olacaq.
Ərbilə bütün xarici uçuşlar dayandırılır
Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bütün xarici uçuşlar cümə günündən dayandırılır. Bu haqda AFR agentliyinə Ərbil beynəlxalq hava limanının rəhbəri Talar Faiq Saleh bildirib.
Damlanın sevgilisi ona verdiyi "Porche"ni əlindən aldı - İDDİA
Müğənni Damla şəxsi həyatında çətin günlər yaşayır. Sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. Belə ki, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi "Porsche" markalı avtomobili əlindən alıb.
Azərbaycanla İran Xəzərdə birgə enerji layihələrinə hazırlaşır
Azərbaycanla İran Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə danışıqlar aparıblar. İranın Milli Neft Şirkətinin (NIOC) verdiyi məlumata görə, idarəedici direktor Möhsün Delavirin başçılığı ilə KEPCO (Khazar Exploration and Production Company) şirkətinin nümayəndə heyəti Rövnəq Abdullayevin dəvəti ilə Bakıya gələrək SOCAR rəhbərliyi ilə danışıqlar aparıb.
İstanbulda antiterror əməliyyatı: daha 16 nəfər saxlanıldı
İstanbul polisi növbəti antiterror əməliyyatı keçirib. Bu barədə şəhər Polis İdarəsi xəbər yayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 16 nəfər tutulub. Əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib.
Putin daha 8 qubernatoru istefaya göndərir
Rusiyanın daha 8 qubernatoru vəzifəsindən kənarlaşdırılacaq. Bu barədə informasiyanı “İnterfaks” agentliyi Agentlik istefaya göndəriləcək qubernatorların hansı bölgələrin rəhbərləri olduğunu açıqlamayıb.
Ərdoğan: "Bərzani özünü oda atıb"
İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının məzuniyyət mərasimində deyib.
MM-in İnsan hüquqları komitəsinə 827 müraciət daxil olub
Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə 10 iclası keçirilib. Bu barədə məlumat verən komitə sədri Bahar Muradova bildirib ki, həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub.














