Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bununla da dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).

Respublikamız İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri geridə qoyur

Millət vəkili Elman Nəsirov deyib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə 37-ci yerdən 35-ci pilləyə yüksəlməsi alqışlanası nəticədir. Millət vəkili bildirib ki, bu hesabatda bir sıra böyük dövlətlər də Azərbaycandan geri qalıb: "Məsələn Rusiya bu hesabatda 38-ci, Türkiyə 53-cü, İran 69-cu mövqedə qərarlaşaraq Azərbaycandan geridədir. Gürcüstan 67-ci, Ermənistan isə bu hesabatda 73-cü yerdədir. Yəni bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində kifayət qədər möhkəmləndirib". E.Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin gücləndirilməsi, idxaldan asılılığın zəiflədilməsi, sahibkarlığın inkişafına dəstək, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeridilən siyasət artıq öz bəhrəsini verməkdədir: "İki il əvvəl həmin hesabatda Azərbaycan 40-cı yerdə idi, ötən il bu rəqəm 37 oldu, bu il isə artıq 35-ci yerdəyik. Bu onu göstərir ki, Azərbaycan iqtisadi inkişafda sürətlə irəliləyir. Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın inkişafı və nailiyyətlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini təsadüfi hesab etmək olmaz. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha göstərir ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Millət vəkili qeyd edib ki, Azərbaycanın MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması sübut edir ki, respublikamız rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır". S.Vəliyeva əmin olduğunu deyib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirərək, beynəlxalq hesabatlarda irəliləyəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Ölkəmiz regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir. Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşmasına münasibət bildirən iqtisadçı alim deyib: "Sevindirici haldır ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkədir. Eyni zamanda, Azərbaycan həm də qonşu İran və Türkiyə ilə müqayisədə rəqabət qabiliyyətinə görə daha öndədir. Bu isə ondan xəbər verir ki, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə regionun ən aparıcı ölkəsidir. Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Nəticə etibarilə bu, ondan xəbər verir ki, post-neft dövründə aparılan islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə neftin dünya bazarında qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə mövqeyini nəinki qoruyub saxlayıb, hətta gücləndirə bilib. Bu isə ondan xəbər verir ki, Azərbaycanda artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar həm ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə və mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb". Onun sözlərinə görə, dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması həm də Azərbaycanda investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir: "Bu, Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini davam etdirməyə imkan verir. Bu hesabatı həm də Azərbaycan iqtisadiyyatının xaricdə təqdimatında, ölkəmizin mövcud potensialının, eləcə də iqtisadi imkanlarının təqdimatında, investisiyanın cəlb edilməsində vasitə kimi xarakterizə etmək olar. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman məhz belə hesabatlarda ölkələrin mövqeyinə diqqət yetirirlər".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31