Genişlənməkdə olan Amerika-Azərbaycan münasibətləri

Yeni Ağ Ev rəhbərinin prezident kimi fəaliyyətə başladığı ilk gündən xarici siyasət xəttində müəyyən korrektələr etməsi Azərbaycana da təsirsiz ötüşmədi. Amma sevindirici məqam ondan ibarət idi ki, bu təsir özünü daha çox müsbət istiqamətdə göstərirdi. Belə ki, ABŞ prezidenti Donald Trampın cari ilin may ayında qısa zaman kəsimində iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış olduğu məktublar və həmin məktublarda Ağ Ev rəhbərinin rəsmi Bakının regiondakı yeri və rolunu xüsusi qeyd edərək Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu ifadəsini işlətməsi Vaşinqtonla Bakı arasında münasibətlərdə yeni bir mərhələnin başlayacağından xəbər verirdi.

Yeni Ağ Ev rəhbərinin prezident kimi fəaliyyətə başladığı ilk gündən xarici siyasət xəttində müəyyən korrektələr etməsi Azərbaycana da təsirsiz ötüşmədi. Amma sevindirici məqam ondan ibarət idi ki, bu təsir özünü daha çox müsbət istiqamətdə göstərirdi. Belə ki, ABŞ prezidenti Donald Trampın cari ilin may ayında qısa zaman kəsimində iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış olduğu məktublar və həmin məktublarda Ağ Ev rəhbərinin rəsmi Bakının regiondakı yeri və rolunu xüsusi qeyd edərək Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu ifadəsini işlətməsi Vaşinqtonla Bakı arasında münasibətlərdə yeni bir mərhələnin başlayacağından xəbər verirdi. Təsadüfi deyil ki, ötən müddət ərzində Azərbaycanda səfərdə olan Amerika səfirləri, eləcə də Birləşmiş Ştatların ölkəmizdəki səfiri də bunu açıq şəkildə ifadə ediblər. Məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Xaçmaz rayonunda olarkən belə bir açıqlama verib: "Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır. Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşahidə edilməkdədir". Robert Sekuta əlaqələrin inkişafına misal kimi neft müqaviləsinin müddəti uzadılmasını göstərib. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Səfir belə bir ifadə də işlədib: "Bundan əlavə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq".

Görəsən ABŞ-ın Azərbaycandakı səfiri əməkdaşlığın inkişafı üçün daha hansı sahələri nəzərdə tutur?.

Politoloq Elxan Şahinoğlu deyir ki, Robert Sekuta özündən əvvəlki səfirlər kimi ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın hər zaman 4 istiqamətini göstərir. Bu istiqamətlər enerji, təhlükəsizlik, iqtisadi, eləcə də insan haqları və demokratiya sahəsində əməkdaşlıqdır. Robert Sekuta iki ölkə arasında birinci sahədəki əməkdaşlığı yüksək qiymətləndirir. Təhlükəsizlik sahəsindəki əməkdaşlığın ən böyük nümunəsi Əfqanıstandır. ABŞ-ın istəyi ilə Azərbaycan Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir. İqtisadi sahədəki əməkdaşlıqda iki ölkə arasında böyük ticari münasibətlər olmasa da, hər halda bu sahədəki münasibətlərdə problemlər də yoxdur. İki ölkə arasındakı dialoqda yeganə sahə insan haqları və demokratiyanın inkişafıdır ki, münasibətlərdə problemlər qalmaqdadır. Dövlət Departamenti Azərbaycanda insan haqları və demokratiya sahəsindəki durumdan hər zamankı kimi narazıdır. Bəlkə də Robert Sekuta "iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq" fikrini söyləyərkən məhz bu sahəni nəzərdə tutub". Politoloq deyir ki, eyni ilə rəsmi Bakının da ABŞ-a iradları var: "ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı növbəti qətnamə gündəmə gətirilməsi iki ölkə arasındakı münasibətlərdə istər-istəməz gərginlik yaradır. Digər tərəfdən Azərbaycanın siyasi və ictimai dairələrinə aydın deyil ki, Vaşinqton Azərbaycanı strateji tərəfdaş adlandırarkən niyə ABŞ Konqresi müxtəlif məqsədlərlə Dağlıq Qarabağ separatçılarına müxtəlif adlarla yardım ayırır və ya niyə amerikalı konqresmenlər işğal altındakı bölgələrə qeyri-qanunu səfərlər edirlər? Məsələn ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Aydındır ki, Konqresdə erməni lobbisinin təsiri altında olan konqresmenlər var və Pallone onların ən parlaq nümayəndəsidir. Ancaq Pallone və digərləri işğal altındakı torpaqlara səfər etməklə ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirirlər və Dövlət Departamenti bu haqda onları bilgiləndirməlidir. Buna baxmayaraq, ABŞ-Azərbaycan əməkdaşlığının alternativi yoxdur. Misal üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub. USAİD-ın işğaldan azad olunan Cocuq Mərcanlıda sosial proqram həyata keçirməsi Azərbaycan üçün olduqca vacibdir. Bundan iki mühüm nəticə çıxır. Birincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, ABŞ bu kəndin vaxtilə separatçılar tərəfindən işğal edildiyini və dağıdıldığı faktını təsdiq edir və indi kəndin yenidən qurulmasında iştirak edir.

İkincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, gələcəkdə ABŞ işğaldan azad olunan digər torpaqlarda da sosial proqramların həyata keçirilməsində iştirak edəcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31