Rusiya-Türkiyə əlaqələri yeni müstəviyə keçir

Rusiya ilə Türkiyə arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Söhbət Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Türkiyəyə nəzərdə tutulan səfərindən gedir. Kütləvi informasiya vasitələrinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə və aparılan danışıqlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Yaxın Şərqdə cərəyan edən proseslər, xüsusilə bu günlərdə Şimali İraqda keçirilən referendumdan sonra baş verə biləcək hadisələr əsas müzakirə mövzusu olacaq.

İki ölkənin regional problemlərin həllinə verəcəyi dəstək arta bilər

Rusiya ilə Türkiyə arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Söhbət Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Türkiyəyə nəzərdə tutulan səfərindən gedir. Kütləvi informasiya vasitələrinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə və aparılan danışıqlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Yaxın Şərqdə cərəyan edən proseslər, xüsusilə bu günlərdə Şimali İraqda keçirilən referendumdan sonra baş verə biləcək hadisələr əsas müzakirə mövzusu olacaq. Vladimir Putinin Türkiyəyə səfərinin məhz Şimali İraqda baş tutan referendumdan sonra gerçəkləşməsi xüsusilə əhəmiyyətli sayıla bilər. Regionla bağlı bir sıra məsələlərdə mövqeləri üst-üstə düşən Ankara və Moskvanın sözügedən məsələ ilə bağlı da ümumi razılığa gələcəyi istisna edilmir. Bu arada Rusiya prezidentinin Türkiyəyə səfəri Qərb tərəfindən də diqqətlə izlənməkdədir. Rusiya qarşı sanksiyalarını hələ də davam etdirən Qərb Moskvanın Ankara ilə bir qədər yaxınlaşmasından heç də məmnun görünmür. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Vladimir Putinin Türkiyəyə səfəri Qərbdə müəyyən mənada qıcıq yaradıb.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya ilə Türkiyə arasında siyasi-iqtisadi əlaqlər, hər iki ölkənin Qərblə siyasi əlaqlərin gərginləşmək fonunda genişlənməkdədir. İki ölkə məlum qrıcı instdentindən sonra, ciddi problemlər yaşasa da, Tükiyədə dövlət çevrilişindən sonra, siyasi əlaqələr normallaşma müstəvisinə keçdi: "Hazıda iki ölkə hərbi və enerji sahəsində müqavilələr imzalayaraq, bu və ya digər iqtisadi sahələrdə əməkdaşlığı genişləndirir. Türkiyə və Rusiyanın bu yaxınlaşması, Qərbdə narahatlıqla izlənilir. Moskva və Ankaranın bu qədər yaxınlaşmasını da Ərdoğanın və Putinin xarakterində axtarmaq lazımdır. Çünki, İki liderin Qərb siyasi dairələrinə qarşı münasibəti kəskindir". Politoloq deyir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri zamanı Suriya münaqişəsi, Şimali İraq kürd muxtariyyəti və iki ölkə arasında iqtisadi və enerji məslələri müzakirə ediləcək, müqavilələr imzalanacaq: "Qeyd edim ki, Suriya məsələsində iki ölkə arasında fikir ayrılığı qismən həll olunsa da, həlli gözlənilən məsələlər qalmaqdadır. Amma rəsmi Ankara və Moskva Suriya münaqişəsində ortaq mövqeyə gəlməkdədirlər.  Bu görüşdə Kürdüstan muxtariyyətinin müstəqilliyi ilə bağlı fikir mübadiləsi aparılsa da, Rusiya Kürd referendum prosesində sakit diplomatiyaya üstünlük verəcək. Hətta Putin Türkiyədən Şimali İraqa olunası hərbi müdaxilənin qarşısın alacaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq Rusiya-Türkiyə əlaqləri yeni müstəviyə keçir və bu əməkadaşlıq iki ölkənin regional problemlərin həllinə verəcəyi dəstək arta bilər: "Amma Vladimir Putinin bu səfərində Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fikir mübadiləsi aparılsa da, irəlləyiş üçün yetərli olmayacaq".

Siyasi şərhçi Seymur Süleymanov isə qeyd edib ki, hazırkı vəziyyətdə Türkiyə-Rusiya münasibətləri məlum 2015-ci ildə baş verən təyyarə krizindən sonra, yüksək səviyyəyə qədəm qoyub. Onun sözlərinə görə. heç şübhəsiz Rusiya ilə münasibətlərin yaxşılaşması, ilk öncə Türkiyənin xarici siyasəti üçün çox faydalıdır: "Və bu aspektdən, Putinin Ankaraya səfəri iki ölkənin yeni bir dönəmə daxil olması və bundan sonrakı proseslərdə bir addım atılacağı mənası daşımaqdadır. Çünki Türkiyənin Suriya məsələsinə görə Rusiya ilə fikir ayrlığı var idi. Ancaq indiki vəziyyətdə bu fikir ayrılığı o qədər də qabardılmır". Seymur Süleymanov deyib ki, Türkiyənin Rusiya ilə yaxınlaşmasının bir çox səbəbləri olsa da, bunlardan ən başlıcası Qərbdən Türkiyəyə qarşı sərgilənən soyuq davranışdır: "Avropa Birliyi ilə Türkiyəni əldə saxlamaq istəyən Qərb, artıq Türkiyəni itirmək üzrədir. Elə bu səbəbdən də Rəcəb Tayyib Ərdoğan üzünü Rusiyaya, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara tutur. Və bu da Qərbi bərk qıcıqlandırır. Putinin Türkiyə səfərinin gündəmində Suriya siyasəti, Türk Axını layihəsi dursa da, ən öməli olan və səfərin əsas məğzini daşıyan məsələ Rusiya ilə imzalanan S-400 zenit-raket sistemləri anlaşması və Şimali İraq Kürd yönətiminin gerçəkləşdirdiyi müstəqillik referendumu olacaqdır. Və heç şübhəsiz ki, rəsmi Ankaranın Rusiya ilə S-400 raketlərin alınamsı ilə bağlı anlaşma imzalaması, NATO ölkəsi olan Türkiyə üçün çox ciddi məsələdir. Bu anlaşma bir çox Qərb ölkələrinin kəskin etirazına səbəb oldu. Fikrimcə bu etirazlara məhəl qoyulmamalıdır və indiki vəziyyətdə Türkiyə, Rusiya kimi vacib ölkə ilə həm siyasi, həm də iqtisadi baxımdan sıx əlaqədə olmalıdır. Digər bir məsələ Rusiyanın Şimali İraq Kürd bölgəsinin müstəqillik referendumuna qarşı sərgilədiyi mövqedir. Bu rəsmi Ankara üçün çox vacibdir. Düzdür, rəsmi Moskva Kürdüstanın müstəqilliyinə qarşı sərt çıxmasa da, nisbətən orta mövqedən yanaşdı. Çünki bəllidir ki, Rusiyanın həm Suriya kürdləri ilə, həm də İraq kürdləri ilə əlaqələri yetərincə müsbət vəziyyətdədir. Ancaq Kürdüstan üçün Türkiyəni əldən vermək istəməyən Rusiya, hər halda səfərdə əldə olunan nəticələrdən sonra öz mövqeyini qəti ortaya qoyacaq. Və fikrimcə Rusiya Türkiyə ilə birgə Kürdüstana qarşı ciddi mövqe sərgiləməyəcəklər. Belə olacağı təqdirdə, bu gün iki ölkə başçısı yalnızca sözügedən məsələyə ortaq etirazlarını bildirəcəklər".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31