Qadınlara qarşı zorakılıq aktual bəşəri problemdir

Qadın, cəmiyyətlərin sağlam ictimai şüurla ərsəyə gəlməsində mühüm pay sahibi olmaqla, demoqrafik inkişaf və tərəqqi mənbəyidir. Lakin dəyərli olan bu şüur sahibləri zərifliklərinə görə, ən çox da dini-mifoloji amillərin təsiri nəticəsində əsrlər boyu zorakılıqlara, qeyri-hüquqi şəraitə və məhdud imkanlara məhkum edilib.

Hər bir cəmiyyətdə bu zorakılıqların spesifik xüsusiyyətləri mövcuddur

Qadın, cəmiyyətlərin sağlam ictimai şüurla ərsəyə gəlməsində mühüm pay sahibi olmaqla, demoqrafik inkişaf və tərəqqi mənbəyidir. Lakin dəyərli olan bu şüur sahibləri zərifliklərinə görə, ən çox da dini-mifoloji amillərin təsiri nəticəsində əsrlər boyu zorakılıqlara, qeyri-hüquqi şəraitə və məhdud imkanlara məhkum edilib. Qadınlara qarşı zorakılıqlar lokal xarakterli olmaqla bərabər həmçinin qlobal səviyyədə də özünü təsdiq etmiş aktual bəşəri problemdir. Gənc araşdırmaçı, vətəndaş cəmiyyəti nümayəndəsi Samir Zeynalov deyir ki, hər bir cəmiyyətdə bu zorakılıqların spesifik xüsusiyyətləri olmaqla bərabər, qeyri-müxtəlif tərəfləri də mövcuddur: "Yaşadığımız müstəqil ölkədə, mövcud olduğumuz vətəndaş cəmiyyətindən qadınlarla bağlı ilk öncə dövlətin yanaşmasına diqqət etsək görərik ki, Azərbaycan milli aydınlarımız ilk dəfə qadınlara seçki hüququ tanıyan dövlət kimi Şərq aləmində mütərəqqi ilkə imza atıb. Azərbaycan özünün ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinə həssas yanaşılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində qadınların dövlət orqanlarında vəzifələrə irəli çəkilməsi dövlətimizin gender bərabərliyinə xüsusi diqqətlə yanaşmasının bariz nümunəsi idi ki, bu gündə bu nümunəyə cənab prezident İlham Əliyevin apardığı siyasətlə sadiqlik nümayiş etdirilir. Lakin görülən tədbirlər, aparılan profilaktik işlər onu deməyə əsas verir ki, gender bərabərliyi ilə bağlı problem təkcə dövlətin məqsədyönülü rolu ilə aradan qalxacaq səviyyədə primitiv deyil. Bu istiqamətdə sağlam düşüncəli, feminist ictimai hərəkatların mövcudluğuna ehtiyac var. Əslində bu gün yetəri qədər Azərbaycanda bu istiqamətdə problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatları, qadın hərəkatları fəaliyyət göstərir. Lakin bəşəri problemə çevirilmiş qadın zorakılıqlarının köklü səbəblərinə diqqət yetirmək əvəzinə səthi yanaşmalarla, qısamüddətli psixoloji reabilitasiya işləri ilə məqsədə çatıldığı düşünülür. Bu çox dözülməz və təəssüfləndirici haldır". Samir Zeynalov deyib ki, barəsində söhbət açdığımız problemin ən diqqətçəkən səbəblərindən biri də qadınların öz hüquqlarına qarşı düşmənçiliyidir: "Sanki bəzi qadınlarımız onlara edilən əziyyətlərdən, qoyulan məhdudiyyətlərdəb həzz alırlar. Lakin nəticəsi heç şübhəsiz ağır olur. Bu dırnaqarası dözümün sonu vaxtsız ölümlə nəticələnir. Amma birmənalı olaraq bəyan etmək olmaz ki, qadın doğuşdan özü-özünə düşməndir, ümumən öz hüquqlarına sahib çıxan qadınlara belə neqativ yanaşır. Bu neqativ təmayüllü mənəvi-psixoloji imicin səbəbi həmin qadınların ailə tərbiyəsi, daha dəqiq desək ailə daxilində ata və analarından gördükləri zorakılıqlar, yaşadığı mühitin ictimai şüurundan qaynaqlanan gerici fikirlərdir. Bu tip geriçi fikirlər və mənəvi fiziki zorakılıqların təsiri altında əksər qadınlar təhsildən yayındırılır, sərt və dırnaqarası intizama təhrik edilir, nifrət hissləri ilə qidalandırılmaqla cəmiyyətə qarşı düşmənçiliyin irsi davamına şərait yaradılır. Kimlərdir bu ciddi və dözülməz problemlərin mənbəyində duranlar dedikdə, heç şübhəsiz böyük deyərək hörmət etməyə məhkum olduğumuz atalar və analar, bəzi özünü söz sahibi hesab edən qohumlar və qonşulardır. Hamsı da geriçi fikirlərin daşıyıcısı və bu fikirlərdən doğan adət-ənənələrin müdafiəçisidir. Hələ üstəlik, öz qızlarının ər evində zorakılıqlara məruz qalmasını görə-görə əlində uşaqla ata evinə üz tutan məzlum qadınların zalım analar tərəfindən qapı xarici edilməsini demirəm. Bu minvalla hara gedirik, haradır yolumuz deməyək. Bu dözülməzliyə və ağlasığmazlığa qarşı mübarizə aparmaq zamanın gələcəyimizi sağlam fikirli fərdlərlə təmini istiqamətində tələbidir. Hər bir qadın bir anadır. Hər bir ana fərd və fərdlərin yetişdirici, tərbiyəedicisidir. O fərdlər ki, onlar cəmiyyətin üzvü olurlar. Yanlış tərbiyə görmüş, ailəsində fiziki və mənəvi zorakılıqlara şahid olmuş və özləridə əziyyət çəkmiş, psixoloji travmalar almış fərdlər cəmiyyət üçün sadəcə təhlükə mənbəyidirlər. Bəşəriyyət üçün dözülməz bəlaya çevirilən bu irsi ənənəyə yox deməyin və bu ənənəni məhv etməyin vaxtı çoxdan çatıb". Natiq bildirib ki, qadına qarşı zorakılıq insanlığa qarşı çıxmaq, sağlam fikirləri məhv etmək deməkdir: "Qadınlara qarşı zorakılığın ən effektiv yolu ictimai hərəkatlardır. Milli aydınlarımız ictimai hərəkatlar daxilində birləşmədikcə qadınlara qarşı zorakılıqlar sona yetməyəcək. Mən bu istiqamətdə öz potensialımı, düşüncə məhsulumu ortaya qoyaraq qadınlarımızı mübariz olmağa, milli fikir sahiblərimizi mübarizə aparmaq və maarifləndirməyə səsləyirəm".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31