Valideyndən məcburi aliment hansı qaydada tutulur?

Azərbaycanda boşanma hallarının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi  ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmlər tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideyinlik hissini itirmiş  insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar.

Azərbaycanda boşanma hallarının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi  ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmlər tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideyinlik hissini itirmiş  insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar. Yeri gəlmişkən onu da qeyd edək ki, "valideynlərin" aliment ödəməkdən boyun qaçırmaları üçün kifayət qədər bəhanələr var. İş o həddə çatıb ki, bəzi valideyinlər az əmək haqqı almaları barədə  arayış üçün çalışdıqları idarə və müəssisələrə rüşvət verərməyi özlərinə rəva bilirlər, amma həmin pulu öz doğma övladlarına verməkdən boyun qaçırılar. Hətta məsələ ilə bağlı cinayət qanunvericiliyində edilən dəyişiklik yaranmış vəziyyəin aradan qaldırılmasına təsir edə bilməyib. Xatırladaq ki, bir müddət əvvəl millət vəkili  Qənirə Paşayeva məsələnin aktuallığını nəzərə alaraq Aliment Fondunun yaradılmasını təklif etmişdi: "Parlament bir müddət əvvəl Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı dəyişiklik etsə də, problemin həllinə ciddi təsir etməyib və hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlər yaşanır. Bir çox hallarda atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Lakin əksər valideyinlərin rəsmi iş yerləri olmasa da, müəyyən sahələrdə qeyri-rəsmi işləyirlər və qazancları olur, ancaq pulu ödəmirlər. Uşağa baxan anaların vəziyyəti bu səbəbdən çox çətin, hətta acınacaqlı olur. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılması təmin edilməlidir. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləliklə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar. Yəni anaların atadan həmin pulu alma mexanizmi yoxdur. Məbləği dövlət ödəsə, həmin məbləği atadan zorla alma mexanizmi də yaranacaq". Hüquqşünas Alim Hüseynli bildirib ki, boşanan ailələrdə valideynlər tərəfindən alimentlərin ödənilməsi sosial problem olaraq qalır. Xüsusən regionlarda alimentlərin ödənilməsi böyük bir problemə çevrilib: "Hərə bir bəhanə ilə aliment ödəməkdən yayınmağa çalışır. Bəziləri guya iş yerlərinin olmamasını əsas gətirir, bəzi valideyinlər ümumiyyətlə Azərbaycandan çıxıb gediblər, nəticədə uşaqlara alimentlər ödənilməmiş qalır. Təbii ki, bu məsələ ilə bağlı müəyyən beynəlxalq təcrübə var. Aliment problemlərinin həlli yollarının araşdırmaqdan ötrü mövcud beynəlxalq praktikadan çıxış edərək dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş müzakirələr keçirilməlidir". Bəs milli qanunvericiliyə görə, valideyindən alimentin tutulması hansı qaydada həyata keçirilir? Hüquqşünas qeyd edib ki, alimentin  tutulması bir prosedurdur və onu, bir qayda olaraq, boşanma müşaiət edir. Aliment almağa yetkinlik yaşına çatmamış və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların hüququ vardır. Alimentin miqdarını valideynlər özləri müəyyən etməkdə azaddırlar. Əgər boşanan valideynlər müqavilə bağlamağa razı olsalar o zaman övlad yetkinlik yaşına çatana qədər kimin və nə qədər aliment ödəyəcəyi haqda da razılığa gələ bilərlər. Bu halda belə tərəflər razılığa gəlməsələr iş məhkəməyə göndərilir. Artıq bu zaman  valideyinlər könüllü yox, məcburi aliment ödəyəcəklər. Qanunvericiliyə əsasən, əgər valideyn uşağa aliment ödəməkdən imtina edirsə o zaman aliment məhkəməyə müraciət edilən vaxtdan həmin valideynin əmək haqqından tutulur. Aliment ödəmək haqda saziş yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur. Məhkəmə tərəfindən aliment bu miqdarda tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın(başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əgər valideynlər arasında aliment ödəmək haqda saziş yoxdursa,  valideyinlər və ya onlardan biri uşağı saxlamaqdan imtina edirsə və məhkəməyə bu haqqdaa heç bir şikayət edilməyibsə, bu halda müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmamış uşaqlara alimentin ödənilməsi haqqda məhkəməyə iddia ərizəsi verə bilər. Sazişdə göstərilən alimentin miqdarı və ya məhkəmənin qərarı ilə müəyyən olunmuş alimentin miqdarı valideynin əmək haqqından və ya başqa gəlirlərindən tutulur. Valideynin çalışdığı təşkilatın administrasiyası onun maaşından hər ay aliment tutmalıdır və ona maaş veriləndən sonra 3 gün ərzində tələb olunan yerə çatdırmalıdır. Əgər bu vəsait kifayət etmirsə, o zaman bu tələb aliment ödəməli olan valideynin əmlakına yönəldilməlidir. Aliment öhdəlikləri aşağıdakı hallarda dayandırılır: valideynlərdən biri ölərsə; sazişin vaxtı bitərsə; övlad yetkinlik yaşına çatarsa və ya yetkinlik yaşına çatmamış övlad tam əmək qabiliyyətli olarsa; əmək qabiliyyəti olmayan və ya ailə qurmağa ehtiyacı olan valideyn yenidən ailə qurarsa. Digər hallarda aliment ödəməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31