İstanbulda antiterror əməliyyatı: daha 16 nəfər saxlanıldı

İstanbul polisi növbəti antiterror əməliyyatı keçirib. Bu barədə şəhər Polis İdarəsi xəbər yayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 16 nəfər tutulub. Əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib.

Saxlanılanlardan bir tapança, ona yaxın fişəng, terrorçu qruplaşmaya dair çoxlu sayda təbliğat materialları və s. Götürülüb. Əvvəlcə 20 nəfər saxlanılsa da, sonradan şübhəlilərdən 4-ü sərbəst buraxılıb. Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31