Gündəm

Ukrayna Donbasdakı rus generallarını deşifrə etdi

28 Sentyabr 2017 15:49

Ukrayna Təhlükəsizlik Xidməti bir müddət öncə Suriyada öldürülən rusiyalı general Valeri Asapovla birgə Donbasda separatçılara rəhbərlik edən daha iki generalın şəxsiyyətini müəyyənləşdirməyi bacarıb.

Fransız merin Qarabağda “qardaşlıq” sazişi… - Millət vəkili   

28 Sentyabr 2017 15:47

Azərbaycan-Fransa münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var. Bu sözləri  Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Rauf Əliyev Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi və erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalamasına münasibət bildirərkən deyib.

Putin Kiyevin sirlərini necə öyrənir? - Generaldan ŞOK İDDİA

28 Sentyabr 2017 15:42

Ukrayna prezidentinin administrasiyasında qəbul edilən qərarların məxfiliyi ürəkaçan vəziyyətdə deyil. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının sabiq müavini, general-leytenant Aleksandr Skipalskiy bildirib.

İstanbulda kriminal qruplar arasında ATIŞMA: azərbaycanlı yaralandı

28 Sentyabr 2017 15:40

İstanbulda silahlı qruplar arasında atışma baş verib. Atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan vətəndaşıdır. Məlumata görə, sentyabrın 23-də Orxan Aşıkgöz adlı Türkiyə vətəndaşı və azərbaycanlı olan Ariqməmmədov axşam saatlarında İstanbulun Sultanqazi rayonunda avtoparkda əyləşiblər. İki ağ rəngli avtomobillə avtoparka gələn şəxslər atəş açmağa başlayıb. Açıkgöz və Ariqməmmədov da onlara cavab verib. 8 cinayəti olan Açıkgöz həyatını itirib, Ariqməmmədov isə ayağından yaralanıb.

ABŞ-dan müəmmalı QARABAĞ GEDİŞİ: İrəvanı təşvişə salan BÖYÜK TƏHLÜKƏ

28 Sentyabr 2017 15:38

ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif etdi. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.

Məleykə Abbaszadədən yazı işlərinin yoxlanılması ilə bağlı AÇIQLAMA

28 Sentyabr 2017 15:33

Bu il IX siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında "e-markinq" sistemindən itifadə edilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, səsləndirilən fikirlərə əsasən, yazı işlərinin yoxlanılması zamanı 2 subyektivlik ola bilər: "Birincisi yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır".

Türkiyə İraqla sərhədləri bağlayır?

28 Sentyabr 2017 15:29

Türkiyə İraqın Kürd Muxtariyyətində keçirilən referendumdan narazı olsa da, İraqla sərhədlərini bağlamağı düşünmür. Məlumata görə, bunu Ərbilin qubernatoru Navzad Hadi deyib. Qubernator deyib: "Türkiyə artıq bəyan edib ki, sərhədləri bağlamağa səbəb yoxdur".

"O bilir ki, Aygün Bayramova kimdir" - Xalq artisti həyat yoldaşından danışdı - VİDEO

28 Sentyabr 2017 15:27

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti, xanəndə Aygün Bayramova olub. Xanəndə, ilk olaraq, yeni ailə qurmasından danışıb: "Sənət başqadı, ailə başqa. Seçim bir az çox çətindi. Mən çox seçici adamam. İnsanı gərək ailə qurduğu insanı başa düşsün. Birinci növbədə, etibarını qazanmalısan. Bunlar şərtdir. İnsanın yarı olmalıdır. Heç vaxt düşünməmişəm ki, xətir üçün ailə qurulmalıdır".

Ekspert: "Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir"

28 Sentyabr 2017 15:25

"Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir".

"Neft Daşları” yatağında yeni quyu istismara verilib

28 Sentyabr 2017 15:21

“Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Bakı WBC-nin 55-ci Dünya Konvensiyasına ev sahibliyi edəcək 

28 Sentyabr 2017 15:19

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

Bakı WBC-nin 55-ci Dünya Konvensiyasına ev sahibliyi edəcək 

28 Sentyabr 2017 15:19

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

Fırıldaqçı şirkətlərin məsuliyyətdən yayınmaq yolları

28 Sentyabr 2017 15:19

Son zamanlar hüquqi şəxslərin ləğv edilməsi, yaxud müflis elan edilməsi hallarına daha tez-tez rast gəlinir. Daha çox tikinti şirkətləri ilə bağlı olan bu məsələnin ziyanını vətəndaşlar çəkməli olurlar. Belə ki, adətən maliyyə fırıldağı üzə çıxan firma və şirkətlər bu metoddan istifadə etməklə məsuliyyətdən yayınmağa çalışırlar. Bəs, əslində hüquqi şəxslər hansı hallarda ləğv edilə bilər?  Əvvala qeyd edək ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

DİN: Dövriyyədən 10 kiloqramdan çox narkotik vasitə çıxarılıb

28 Sentyabr 2017 15:15

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

“Kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur”

28 Sentyabr 2017 15:13

İraq Kürdüstanında müstəqillik "referendum"u ilə əlaqədar keçirilən səsvermədə  iştirak edənlərin mütləq əksəriyyəti müstəqilliyə “hə” cavabı verib. Belə ki, səs verənlərin 93%-i müstəqilliyi dəstəkləyib, 6,71%-i isə m əleyhinə çıxıb. Ümumilikdə, "referendum"da 3,3 milyon insan qatılıb. İraq hökuməti "referendum"un qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə görüşərək "referendum"un təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb. Türkiyə, İraq, İran və bir çox başqa ölkələr bu "referendum"u separaçılıq adlandırıblar.