Putin Kiyevin sirlərini necə öyrənir? - Generaldan ŞOK İDDİA

Ukrayna prezidentinin administrasiyasında qəbul edilən qərarların məxfiliyi ürəkaçan vəziyyətdə deyil. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının sabiq müavini, general-leytenant Aleksandr Skipalskiy bildirib.

Onun sözlərinə görə, belə vəziyyətdə xüsusi gizli mərkəzlərin yaradılmasına ehtiyac var. "Doğrudanmı, siz Rusiyanın bizi qabaqladığını görmürsünüz? Prezident administrasiyası və Ukrayna Təhlükəsizlik və Müdafiə Komitəsində işlənilən planlar mümkündür ki, icraçılardan daha əvvəl Rusiyaya məlum olurlar", - o qeyd edib. General hesab edir ki, agentlərin üzə çıxarılması üçün qərarların qəbulu ilə bağlı olan şəxsləri çox diqqətlə süzgəcdən keçirmək lazımdır. Bundan başqa, general gizli mərkəzlərin yaradılması üçün peşəkarların cəlb edilməsini məqsədəuyğun hesab edir: "Qərarları qəbul edə biləcək həmin insanlar düşmənə məlum olmamalıdır ki, onlar Rusiya xüsusi xidmət orqanlarının agenti olmasınlar". Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31