Bakı WBC-nin 55-ci Dünya Konvensiyasına ev sahibliyi edəcək 

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar. WBC-nin prezidenti Maurusiyo Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük Şuranın iclasının ilk günündə Reytinq komitəsinin və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək. Növbəti günlərdə isə, Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə  mükafatların verilməsi  nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsiz uşaq evinə də gedişi proqrama daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31