Gündəm
İranda hərbi helikopter qəzaya uğradı
İran şimal – şərqində hərbi helikopter qəzaya uğradı. Olaylar bildirir ki, Umrmiya yaxınlığında baş vermiş qəza zamanı 1 nəfər həlak oldu, 2 nəfər ağır yaralandı. Helikopter sınaq məqsədi ilə havaya qalxıb. Qəzaya səbəb texniki nasazlıq səbəb göstərilir.
Bakı polisindən Nəqliyyat Agentliyinin ittihamlarına CAVAB
Bakı Nəqliyyat Agentliyinin təmsilçisi açıqlama yayaraq dünənki "Qarabağ" - "Roma" oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problem yaranması və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayev bildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib.
Azərbaycanın siyasi sistemində vətəndaş cəmiyyətlərinin yeri möhkəmlənib
Azərbaycan dövləti vətəndaş cəmiyyətlərinin formalaşması və inkişafına xüsusi diqqət ayırır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi ilə ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Türkiyə və İraqın Baş nazirləri görüşəcək - Referenduma görə
Türkiyə və İraqın Baş nazirləri Binəli Yıldırım və Heydər əl-Abadi yaxın vaxtlarda İraqın kürd muxtayyətində referendumla əlaqədar görüş keçirəcəklər. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib: "Madam ki, Məsud Bərzani bizim xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman İraq üzrə danışıqlar aparacağımız yeganə tərəf Bağdad rəhbərliyi olacaq. Baş nazirlərimiz yaxın vaxtlarda görüşəcəklər".
Bəxtiyar Sadıqov: "Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?"
Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur. Bunu millət vəkil Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Avropa Şurasının konkret cinayət törətdiyi üçün həbs edilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etməsi əsassızdır: "Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".
Bakıda orta məktəblər pullu olacaq
20-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub.
ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlandı
ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlanıb. Siyahı ABŞ-ın "The Wall Street Journal" qəzeti və Böyük Britaniyanın "Times Higher Education" jurnalı tərəfindən tərtib edilib. Siyahıda ABŞ-ın ən yaxşı universitetlərinin reytinqinə Harvard Universiteti başçılıq edir, ikinci yeri Nyu-Yorkdakı Kolumbiya Universiteti tutub, Massaçusets Texnologiya İnstitutu və Stanford Universiteti isə üçüncü yeri bölüşüb. Bunlarla yanaşı, ilk "onluq"da Dyuk Universiteti, Yel Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Pensilvaniya Universiteti, Prinston Universiteti və Kornell Universiteti yer alıb.
Niyə köhnə binalar? - Bakı sakinləri seçimini izah edir
Son zamanlar Sovet memarlığının keyfiyyəti tez-tez şübhə altına alınır. Buna səbəblər çoxdur. Balaca və darisqal "Xruşşovka"lar və artıq istifadəsini başa vurmuş texniki təchizat səbəblərin bir qismidir. Amma bununla belə o dövrün "Stalinka"ları da hazırda sevilən və mənzil alarkən üstünlük verilən tikililərdəndir.
Məşhur serial beynəlxalq mükafata namizəddi
Məşhur Türk serialı “Kara sevda” noyabrın 20 – də Nyu – Yorkda Hilton oteldə keçiriləcək Emmy mükafatına namizəddi. Serial televiziya dünyasının Oscarı sayılan və bütün dünyada böyük bir maraqla izlənilən Emmy Mükafatın “Telenovella” kateqoriyasında yarışacaq. Gecədə bir çox məşhur dünya ulduzlarının qatılacağı gözlənilir.
Brüsseldə Avropa İttifaqı və Avropa Parlamentinin nümayəndələri ilə görüşlər keçirilib
Avropa İttifaqı (Aİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində Brüsseldə səfərdə olan DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri sentyabrın 26-da Avropa İttifaqının Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ilə görüşüblər. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, qonaqları səmimiyyətlə salamlayan Belliard Aİ-nin xarici siyasət prioritetlərindən danışıb və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Respublikamızdakı mövcud tolerant və multikultural ənənələrin tarixinin qədim olduğunu və bu gün dövlət siyasətinin tərkib hissəsi kimi daha da gücləndiyini diqqətə çatdıran dini konfessiyaların rəhbərləri ölkəmizdə dini zəmində heç vaxt münaqişənin olmadığını, əksinə, bütün dinlərin nümayəndələri bu torpaqlarda əsrlərdir dinc yanaşı, mehriban şəraitdə yaşadıqlarını vurğulayıblar. Bu səfərdə belə fərqli, rəngarəng tərkibdə təmsil olunmalarının bunun bariz nümunəsi olduğunu deyiblər.
Məktəb idarəetməsi mövzusunda beynəlxalq seminar keçirilib
Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Cristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər. İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir.
MM-in payız sessiyasının qanunvericilik işlər planı dəqiqləşdi
Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı məlum olub. Bu barədə Milli Məclisdən verilən məlumata görə, payız sessiyasının qanunvericilik işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstituasiya qanununun layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək. İclasın gündəliyinə 34 məsələ daxil edilib.
"Azərbaycanın "Rəqabətlilik Hesabatı"nda irəliləməsi ölkəmizin inkişafından xəbər verir"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin daim sürətli inkişafda olmasından xəbər verir. Bunu millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf etməkdə davam edir və bu Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: "Azərbaycan son 15 ildə çox sürətli inkişafa malikdir və bunu beynəlxalq təşkilatlar da görür.
Dövlət Komitəsi: Azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün tədbirlər gücləndirilib
“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması problemi dünyada aktualdır. Azərbaycanda cinsi zorakılığa məruz qalan azyaşlı qızların sayı çox deyil, lakin yox da deyil. Dinamikada bəzən azalma, bəzən də qalxma müşahidə olunur. Təəssüf ki, faktlar az da olsa, qeydə alınır”. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, Azərbaycanda azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün preventiv tədbirlər gücləndirilib: “Komitənin “Mən həyatı seçirəm” layihəsi çərçivəsində biz yuxarı sinif şagirdləri və onların valideynləri ilə həm sosioloji, həm də psixoloji məsələlərlə, eləcə də valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı təlimlər keçirmişik. Təlim zamanı biz bu nəticəni özümüz üçün müəyyənləşdirdik: Valideyn bir çox məsələlərlə bağlı zamanı qabaqlamalı, övladı ilə daha sıx ünsiyyətdə olmalıdır. Digər nəticəmiz isə bundan ibarət oldu: Valideynlərin özlərinin də maariflənməsinə ciddi ehtiyac var. Bax biz bu sahədə işləri daha da gücləndirmişik”.
Rusiya aviaşirkətində həbslər: direktor və arvadı ölkədən qaçdı
Rusiya hüquq-mühafizə orqanları “VİM-Avia” aviaşirkətinin baş direktoru Aleksandr Koçnev və baş mühasib Yekatirina Panteleyevanı həbs ediblər. Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə həmçinin şirkətin sahibi Rəşid Mursekayev və həyat yoldaşı Svetlana Mursekayevin ölkədən qaçdığını bildirib.














