Gündəm

Prezident Bakıda ticarət festivalının təşkilinə 1 milyon manat ayırıb

28 Sentyabr 2017 17:42

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Dünyanın ən təhlükəli...” - Psixiatrlardan Trampı qəzəbləndirəcək kitab

28 Sentyabr 2017 17:33

Yelsk Universitetində Bend Linin rəhbərliyi altında 27 nəfərlik psixiatrlar qrupu ABŞ prezidenti Donald Trampın psixi vəziyyəti haqqında kitab yazıblar. Bu haqda Böyük Britaniyanın “The Independent” nəşri bildirib. Kitabın müəllifləri iddia edirlər ki, Tramp “təhlükəli ruhi xəstə”dir və onun “dəliliyi” diqqəti cəlb edir.

Çin Şimali Koreya ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

28 Sentyabr 2017 17:31

Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar tətbiq etmək qərarından sonra hərəkətə keçib. Hökumət ölkədə fəaliyyət göstərən Şimali Koreya mənşəli bütün şirkətləri və ortaqlıqları bağlayacaq. Xəbəri Çinin Ticarət Nazirliyi də təsdiq edib. Nazirlikdən verilən məlumatda şirkətlərin 120 gün içində bağlanacağı da bildirilib.

NATO generalı: “Bu, Rusiyanın böyük səhvi idi”

28 Sentyabr 2017 17:30

“Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”. Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə deyib. Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.

Deputat: Azərbaycanı hansısa maraqlara uyğun siyasət aparmağa məcbur etmək heç zaman mümkün olmayacaq

28 Sentyabr 2017 17:24

Heç kim Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlanda təşkilatın hansısa üzvünü bu qurumdan çıxarmaqla bağlı hədələmək hüququ verməyib. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə T.Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunma istəməsinə münasibət bildirərkən deyib.

İlham Əliyev: "Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında dialoqun genişləndirilməsinə mühüm töhfə verir"

28 Sentyabr 2017 17:22

Azərbaycanın və Rusiyanın dövlət qurumları rəhbərlərinin, işgüzar dairələrin və aparıcı ekspert ictimaiyyətinin nümayəndələrinin illik görüşləri xoş ənənəyə və ölkələrimizin həyatında əlamətdar hadisəyə çevrilib. Bu barədə Prezident İlham Əliyev Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciətində bildirib. Müraciəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.

"İmtahanlarda müxtəlif yazı işləri, tapşırıqlar da tətbiq ediləcək"

28 Sentyabr 2017 17:19

İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarda iştirak edəcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanları 3 fəndən - Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq.

DİM sədri: 2019-cu ildə də qəbul zamanı 700 ballıq sistem saxlanılacaq

28 Sentyabr 2017 17:17

2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsi əsas götürülsə də, qəbul zamanı 700 ballıq sistem saxlanılacaq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Millətləşmə, yoxsa Bütövləşmə ...

28 Sentyabr 2017 17:10

Millət, milliyyət, etnos, xalq və sair kimi terminlərin yaranması bütün dünya xalqları üçün həm müsbət, həm də mənfi tərəflərini özü ilə bərabər gətirmişdi. Bir sıra imperiyaların parçalanması, yeni daha kiçik dövlətlərin yaranmasına səbəb olmuşdu bu terminlər. Əslində Qərbin bu addımı həddindən artıq çox toplumun mövcud olduğu Asiya qitəsini xüsusilə Kiçik və Ön Asiyanı idarə edilə biləcək bir duruma gətirəcək addım idi. Biz bu addımın nəticələrini illərdir Suriyada, İraqda, Türkiyədə həmçinin Azərbaycanda görməkdəyik.

Azərbaycanın pensiya təminatı sisteminin inkişafı yönündə aparılan islahatlar təqdim olunub

28 Sentyabr 2017 17:08

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Türkiyədən XƏBƏRDARLIQ: “Dərhal çıxın!”

28 Sentyabr 2017 16:49

Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraqdakı ölkə vətəndaşlarına müraciət edib. Nazirlik Şimali İraqa uçuşlar dayandırılmadan əvvəl Türkiyə vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.

Uşaq yeməklərinə zəhər qatıldı: "10 milyon ödənməsə, proses davam edəcək"

28 Sentyabr 2017 16:47

Almaniyanın cənub sərhədindəki Fraydriçşafen şəhərində marketlərdə satılan uşaq yeməklərindən zəhər tapılıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Marketlərdə satışa çıxarılan fərqli markalara məxsus uşaq yeməklərində körpələrdə ölüm riski yaradacaq səviyyədə zəhərin olduğu aşkar edilib.

İmtahanlarda yeni növ tapşırıqlar olacaq - Nazirlikdən AÇIQLAMA

28 Sentyabr 2017 16:45

Bu oktyabr ayından etibarən sertifikasiya imtahanlarında yeni klinik tapşırıqlardan istifadə ediləcək. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, yeniliyin bütün ali tibb və orta tibb ixtisasları üzrə başlanılması planlaşdırılır.

Riqada avtomobil bir neçə uşağı vurub

28 Sentyabr 2017 16:44

Latviyanın paytaxtı Riqada avtomobil bir neçə uşağı vurub. Məlumata görə, hadisə nəticəsində 3 uşaq xəstəxanaya yerləşdirilib. Polisin verdiyi məlumatda qeyd edilir ki, avtomobilin sürücüsü özünü qəflətən pis his etdiyi üçün idarəetməni itirib.

Qaz balonunun içindən fişəng çıxdı

28 Sentyabr 2017 16:42

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb.