Gündəm
"Apple" şirkəti kasıblar üçün telefon istehsal edəcək
ABŞ-ın "Apple" şirkəti yeni "iPhone X" almağa pulu çatmayanlar üçün qənaətcil "iPhone SE" smartfonunun qənaətcil versiyasını tərtib edib. Yeni smartfon daha əlçatan qiymətə çərçivəsiz "iPhone X" smartfonunun kiçildilmiş nüsxəsinə bənzəyəcək.
Hadisədən qalmaqallı paylaşım - "Tilkiyi qovduq..."
Türkiyənin məşhur pop ulduzu Hadisə İnstaqram-da qalmaqallı paylaşım edib. Müğənni gənc ifaçı Aleyna Tilkini qıcıqlandıran bir addım atıb. Hadisə bir neçə gün bundan əvvəl Adanadakı konsertdə yumurta atılaraq qovulan Tilkiyə söz atıb.
"Azərbaycanın AŞ-dan çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini düşünməlidirlər"
Azərbaycanın Avropa Şurasından (AŞ) çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər. Bunu Milli Məclisin deputatı Musa Qasımlı Turbyern Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.
Beyonse xəstə Qaqaya p altar yolladı
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls dünən əri, milyarder reper Cey Zi ilə birlikdə Nyu-Yorkdakı "Madison Square Garden"də müğənni Bruno Marsın konsertinə qatılıblar.
Dünyada ağcaqanadlardan müdafiə sisteminə malik ilk smartfon təqdim edilib
Cənubi Koreyanın “LG” şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına (“Mosquito Away”) malik ilk smartfon təqdim edib. İstehsalçıların iddiasına görə, “LG K7i” adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.
Kavani Neymarla konflikti unutmağı məsləhət görüb
Çempionlar Liqasının qrup mərhələsində "Bavariya"nı qəbul edən PSJ rəqibini 3 cavabsız qolla məğlub edib. Məlumata görə, matçdan sonra komandanın uruqvaylı hücumçusu Edinson Kavani Neymarla konflikti barədə sualı cavablandırıb.
Geyimlər də "ağıllandı": Üzərlərində internet, sensor, yaddaş kartı olacaq
Yaponiyada "ağıllı" geyimlərin istehsalına başlanacaq. Bu geyimlər bir qrup alim tərəfindən hazırlanan elastik, suya davamlı, həssas sensorla təmin edilmiş panellərdən hazırlanacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 hakiminin səlahiyyət müddəti bitib
Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb. Bunlar - İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir. Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.
Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI
Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək. Məlumata görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna 29 sentyabr saat 00.55-də eniş edəcək. Mərhumun cənazəsi xüsusi ayrılmış maşında yol polisinin müşayiəti ilə hava limanından Heydər Məscidinə aparılacaq. Sentyabrın 29-da Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq, cənazə namazı qılınacaq.
Metroda silah səsləri
İspaniyada Madrid metrosunda silah səsləri eşidilib. Bununla bağlı ölkənin “La varguardia” qəzeti məlumat yayıb.
Beynəlxalq tədbirdə qondarma “Dağlıq Qarabağ Respublikası Ombudsmanı”nın çıxışının qarşısı alınıb
Ombudsman Elmira Süleymanova Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən Ombudsman, BMT tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolununun əhəmiyyətinə diqqət çəkib, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Təhsil və səhiyyə müəssisələrində narkotik hazırlayan ya da satanlarla bağlı xüsusi cəza tətbiq olunur
Azərbaycanda təhsil və səhiyyə müəssisələrində, o cümlədən yeniyetmələrə narkotik vasitələri və psixotrop maddələrin hazırlanmasına və satışına görə xüsusi və ağır cəzalar tətbiq edilə bilər. Məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) 3-1 bəndinin əlavə edilməsi təklif olunur.
Qanunsuz sahibkarlıqla gəlir əldə edən şəxsləri 4 qat cərimə və 5 il həbs gözləyir
Azərbaycanda qanunsuz sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vuran və xüsusilə külli miqdarda gəlir əldə edənlərlə bağlı ayrıca cəzalar tətbiq edilir. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif edilir.
DİN: Sumqayıtda polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Xüsusilə külli miqdarda əmlak ələ keçirmək məqsədilə quldurluq edənləri 18 il həbs cəzası gözləyir
Azərbaycanda xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən quldurluğa görə ayrıca və ağır cəza tətbiq edilə bilər. Məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 181-ci (Quldurluq) maddəsinə yeni 4-cü bəndin əlavə edilməsi təklif olunur.














