Gündəm

Avtomobillər üçün “BMW” simsiz enerjidoldurma qurğusu buraxılacaq

28 Sentyabr 2017 19:35

“BMW” şirkəti avtomobillər üçün simsiz enerjidoldurma stansiyasının istehsalına hazırlaşır. Bu dəfə söhbət smartfonlar üçün birləşdirici stansiyadan (dok-stansiya) getmir. Simsiz enerjidoldurma texnologiyası artıq satışa çıxarılıb və bir neçə ildir mövcuddur, lakin avtomobillər üçün bu funksiya yenilik olacaq.

Süni intellekt üçün prosessor təqdim edilib

28 Sentyabr 2017 19:25

"Intel" şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulmuş "Loihi" prosessorunu təqdim edib. Şirkətin məlumatına görə, son 6 ildə xüsusi komanda insan beyninin fəaliyyətini köçürə bilən tamamilə yeni prosessor arxitekturası üzərində işləyib.

Pilotsuz uçan ilk hidrotəyyarə hazırlanıb

28 Sentyabr 2017 19:18

Çində dünyanın ilk pilotsuz uçan hidrotəyyarəsi hazırlanıb. Havaya müstəqil qalxa, uçuşlar edə və su üzərinə enə bilən təyyarə “UVS Intelligence System” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Aparatın əsasını şirkətin istehsal hüququnu bir müddət əvvəl əldə etdiyi İtaliyanın “Colyaer Freedom S100” yüngül təyyarəsi təşkil edir.

Yeni suyadavamlı smartfon istehsal edilib

28 Sentyabr 2017 19:11

Çində növbəti ildə yeniliyə çevriləcək müasir suyadavamlı “IP69” standartına uyğun smartfon istehsal olunub.

Dünyada “stress çarxı”na malik ilk telefon təqdim edilib

28 Sentyabr 2017 19:05

Honkonqun “Chilli International Holding (HK) Ltd” şirkəti dünyada “stress çarxı”na (spinner) malik ilk mobil telefon təqdim edib. “K188” modeli Hindistanda satışa çıxarılacaq. Sentyabrın sonundan etibarən yeni qurğu “Amazon”, “Flipkart”, “ShopClues”, “PayTm” internet mağazalarında, həmçinin ölkənin aparıcı pərakəndə şəbəkələrində əlçatan olacaq.

2017-ci ilin əsas kibertəhlükələri bəlli olub

28 Sentyabr 2017 19:00

Avropolun hesabatına əsasən, fırıldaqçı viruslar 2017-ci ildə əsas kibertəhlükələrdən biri olacaq.

İŞİD ölən və əsir düşən rus əsgərlərin sayını açıqladı

28 Sentyabr 2017 18:55

Suriyanın Deyr-ez-Zor əyalətində bir Rusiya əsgəri həlak olub, ikisi əsir götürülüb. Bu haqda İŞİD-in terror qruplaşmasının “Amak” informasiya agentliyi bildirib. Bildirilir ki, rusiyalı Şulya qəsəbəsi üçün döyüşlərin gedişatında həlak olub.

Aslı Enver sinə əməliyyatı etdirdi

28 Sentyabr 2017 18:50

“İstanbullu gelin” serialının yeni mövsüm bölümü bir çox məqamları ilə diqqət çəkib. Bunlardan biri də baş rol ifaçı Aslı Enmverin sinə dekolteli geyimlərə üstünlük verməsidir.

Gülben Ergenin sevgilisi arvadından boşanır

28 Sentyabr 2017 18:46

Müğənni Gülben Ergenin sevgilisi olduğu iddia edilən izmirli iş adamı Tolqa Duğles həyat yoldaşı Yasemin Duğlesdən boşanır. İş adamı qızının anasından ayrılmaq üçün məhkəməyə ərizəsini özü yazıb.

Nəzrin Cavadzadə İspaniyada filmə çəkilir

28 Sentyabr 2017 18:40

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə Nişantaşında görülüb.  Kökəlməsi ilə diqqət çəkən aktrisa İspaniyada filmə çəkiləcəyini bildirib: “Çox xoşbəxtəm. Oktyabrda saç düzümümlə bağlı dəyişikliklər olacaq. Çəkilişin bir qismi oktyabrda, digər qismi isə martda olacaq.

Röya: "Xoşbəxt olmaq istəyirsənsə..."

28 Sentyabr 2017 18:35

Sabah Gənclik Mallda səhnə kostyumlarının sərgisini keçirməyə hazırlaşan əməkdar artist Röya Ayxan dəbi və trendləri yaxından izlədiyini, lakin kimisə təkrarlamağı sevmədiyini bildirib.

Dağlıq Qarabağa qanunsuz səfər etmiş Türkiyə vətəndaşları barəsində cinayət işi başlanıb, onlar beynəlxalq axtarışa verilib

28 Sentyabr 2017 18:34

Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir”

28 Sentyabr 2017 18:32

Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çalışıb və riayət edir. Hətta prezident öz çıxışlarında vurğulayıb ki, Azərbaycan əxlaqlı siyasət yeridir. Bu, həm də Avropa Şurasına münasibətlə bağlıdır.

Nur timsah dərisindən olan 100 min lik çantası ilə gündəmdə

28 Sentyabr 2017 18:30

Modelyer Nur Yerlitaş qardaşı Benan Yerlitaş üçün sürpriz ad günü partisi təşkil edib. Məkana girərkən görüntlənən modelyer qırmızı çantası ilə diqqət çəkib.

Vüsal Qasımlı: "Strateji Yol Xəritəsi öz bəhrəsini verir"

28 Sentyabr 2017 18:29

"Azərbaycanın "Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlara verilən qiymətdir". Bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkil etdiyi işgüzar naharda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.