Gündəm

Türkiyəli aktyorlardan ŞAD XƏBƏR

29 Sentyabr 2017 11:17

“Vətəbim sənsən” serialının ikinci mövsümü gələn aydan etibarən yayımlanacaq.  Bu barədə layihənin baş rol ifaçıları Halit Ergençlə Bürgüzar Korel məlumat verib. Real həyatda da evli olan ulduzlar bildirib ki, serialın gecikməsinin səbəbi çəkişlərin gec başlaması olub. İndi isə bütün hazırlıqlar artıq tamamlanıb.

Rusiya kəşfiyyatı silah tacirlərinin böyük şəbəkəsini ifşa etdi

29 Sentyabr 2017 11:15

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi silahların qanunsuz dövriyyəsinə cəlb olunan qrupların və şəxslərin fəaliyyətinin qarşısını alıb. Bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib. Ölkənin 21 regionunda silah satışı, istehsalı və müasirləşləşməyə cəlb olunmuş 62 vətəndaşda axtarışlar aparılıb. 

Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİASI

29 Sentyabr 2017 11:13

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu. Seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib.

Faiq Ağayev Röya ilə bağlı HƏR ŞEYİ AÇDI: “O, maskalanmış halda...”

29 Sentyabr 2017 11:09

Xalq artisti Faiq Ağayev və Əməkdar artist Röya Ayxan arasında qalmaqal daha da qızışıb. Mövzuyla bağlı F.Ağayevin mətbuat xidməti müraciət yayıb: “Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum.

"Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur"

29 Sentyabr 2017 11:07

"İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur". Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Pərvin Abiyeva: "Tamaşaçıları 3 ay bezdirəcəyim üçün çox sevincliyəm"

29 Sentyabr 2017 11:05

Aktrisa Pərvin Abiyeva daha bir filmdə rol alıb. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: ""Gecə qonağı2" filmində çəkildim. Ekran işinin 4 gündən sonra möhtəşəm qala gecəsi baş tutacaq. Film kinoteatrlarda oktyabr, noyabr, dekabr aylarında nümayiş olunacaq.

Ankarada Ərdoğan-Putin görüşü oldu

29 Sentyabr 2017 11:03

Sentyabrın 28-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Anadolu Agentliyi xəbər verir ki, əvvəlcə prezidentlərin təkbətək görüşü olub. Daha sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Separatçılara "fədainlik" edən "türk" arkadaşlar ŞƏRH

29 Sentyabr 2017 11:01

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinə hazırlıq gedir. Minsk qrupunun həmsədrləri yenidən regiona gəlirlər. Ancaq bu, hazırlığın sadəcə görünən tərəfidir. Görünməyən tərəfdə isə başqa oyunlar aparılır". Məlumata görə bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Məşhur aktyor Ruzvelti oynayacaq

29 Sentyabr 2017 10:43

Zəlzələ  - Meksikada

29 Sentyabr 2017 10:36

Əfqanıstanda TERROR

29 Sentyabr 2017 10:32

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danış 1TV kanalına açıqlamasında bildirib. Danışın sözlərinə görə, partlayış yerli vaxtla 16:30-da olub. Partlayış nəticəsində 3 nəfər ölüb, 16 yaralı var. Ölənlər arasında iki polis də var. Yaralılar arasında dinc sakinlər üstünlük təşkil edir.

Azərbaycan musiqiçiləri Varşavada 

29 Sentyabr 2017 10:03

Prezident  İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil edildi. Olaylar bildirir ki, çoxəsrlik tarixi olan Varşava şəhərinin qədim saraylarından olan Kral sarayında keçirilən təntənəli  konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan ordenlərinin kavaleri, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış etdilər. 

İstanbulda yeni mer

29 Sentyabr 2017 09:58

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb. M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

İŞİD terrorçuları məhv edildi

29 Sentyabr 2017 09:55

Tədqiqatçılar: “iOS 11” sistemi “iOS 10”-dan çox enerji sərf edir”

28 Sentyabr 2017 19:45

"Wandera” şirkətinin apardığı tədqiqat yeni “iOS 11” əməliyyat sisteminin “iPhone” və “iPad” qurğularında “iOS 10” sistemindən fərqli olaraq 2 dəfə daha çox enerji sərf etməsini təsdiq edib.