"Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur"
"İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur". Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
29 Sentyabr 2017 11:07 Dünya"İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur". Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Nə üçün fikir ayrılığı olsun? Xeyr, fikir ayrılığı yoxdur. Bundan əlavə, kənd təsərrüfatı məhsulları ilə bağlı danışıqlar oldu. Pomidor idxalı ilə bağlı problemlərin olduğunu bilirsiniz. Bununla bağlı müzakirələr davam edir. Hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri davamlı olaraq əlaqədədirlər", - Peskov bildirib.
Qeyd edək ki, Putinlə Ərdoğanın təkbətək görüşü dünən axşam Ankarada 1.5 saat davam edib.