Litva ABŞ-a ölkədə daimi hərbi baza yaratmağı təklif edib- ÖZƏL

Litva ABŞ-a ölkə ərazisində daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı təkliflər paketi təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas LRT milli radiosuna müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Litvada Amerika hərbi qüvvələrinin yerləşdirilməsi üçün baza yaradılması ilə bağlı təkliflər ətraflı müzakirə olunub, razılaşdırılıb və ABŞ-dakı tərəfdaşlara təqdim edilib. Robertas Kaunas bununla bağlı qərarın qısa müddətdə qəbul ediləcəyini gözləməməyə çağırıb. O qeyd edib ki, məsələ uzunmüddətli danışıqlar prosesi tələb edir və hazırda tərəflər bu prosesin ilkin mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31