Azərbaycan musiqiçiləri Varşavada 

Prezident  İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil edildi. Olaylar bildirir ki, çoxəsrlik tarixi olan Varşava şəhərinin qədim saraylarından olan Kral sarayında keçirilən təntənəli  konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan ordenlərinin kavaleri, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış etdilər. 

Prezident  İlham Əliyevin "Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında" 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil edildi.

Olaylar bildirir ki, çoxəsrlik tarixi olan Varşava şəhərinin qədim saraylarından olan Kral sarayında keçirilən təntənəli  konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan ordenlərinin kavaleri, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış etdilər. 

Konserti giriş sözü ilə açan Kral sarayının bədii rəhbəri Aleksandra Buşta gələn qonaqları salamlayaraq onlara Mstislav Rostropoviçin yaradıcılığı haqqında danışdı. Öz çıxışında xanım Buşta Azərbaycan musiqisinin və mədəniyyətinin zənginliyi və qədim ənənələri haqqında söyləyərək, artıq dünyada tanınan Azərbaycan muğamı əsasında yazılmış bəstələrin Kral Sarayında ilk dəfə belə bir tərkibdə səslənəcəyinə görə sevinc hissi keçirdiyini vurğuladı. Çıxışdan sonra konsertin bədii hissəsi başladı.

Anşlaqla keçən konsertdə İ.S.Bax, F.Şopen, M.K.Oqinski, R.Şuman, S.V.Raxmaninov, Ü.Hacıbəyli, Q.Qarayev, O.Zülfüqarov, Ə.Bədəlbəyli, A.Bəbirov, T.Quliyev, F.Bədəlbəylinin əsərləri səslənmişdir.

Konsertdən sonra tamaşaçılar öz təəssüratları ilə bölüşərək ifaçıların yüksək peşəkarlığını qeyd etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31