Gündəm
Xalq artisti: "O, məni özündən uzaqlaşdırmayan yeganə məşuqəmdir"
Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə "komsomol Ramiz"dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində "sözübütöv, kişi adamdır", deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: "bakılı balası"... Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox... bu dəfə incikliyini bildirdi: "unutmusan məni, çoxdandı dərdləşmirik"- dedi. Və biz oturduq... dərdləşdik.
Navalnı Moskvada tutuldu
Rusiya müxalifətçisi Aleksey Navalnı Moskvada öz evinin bloku qarşısında polis tərəfindən saxlanılıb. Bu haqda siyasətçi öz İnstaqram səhifəsində yazıb. Hüquq-mühafizə orqanları informasiyanı hələ təsdiq etməyiblər.
Sərhəddi qanunsuz keçməyə çalışdılar – 16 min 172 nəfər
Türk Silahlı qüvvələri Hakkari, Şırnak, Mardin, Siirt və Diyarbəkirdə separatçı terror təşkilatına qarşı əməliyyat həyata keçiriblər. Olaylar bildirir ki, həyata keçirilən əməliyyatlar zamanı 63 terrorçu zərərsizləşdirilib. Qeyri – qanuni yolla sərhəddi keçməyə çalışan 16 min 172 nəfər saxlanılıb.
SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edir
SOCAR-ın Elm Fondu fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir.
Sınaq imtahanı 30 manata başa gələcək
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiricək. DİM-dən “Olaylar”a verilən məlumata görə, “Elektron sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 29 sentyabr saat 10:00–dan 3 oktyabr saat 18:00–dək davam edəcək.
AÇ-2017: Azərbaycan millisi yarımfinal yolunda
Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir. Məlumata görə, ötən gün iki yarımfinalçı məlum olub. Belə ki, İtaliyanı məğlub edən Niderland və Belarusa qalib gələn Serbiya yığması (hər ikisi 3:0) adını yarımfinala yazdırıb. Bu gün 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə. Hər iki qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək.
Yeniyetmə rəssamlar Aprel döyüşləri qəhrəmanlarının obrazlarını yaradırlar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi davam edir. JEM-dən Olaylar- a verilən məlumata görə, 4 ay müddətində - iyul - noyabr ayları boyunca keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər.
Nazir: Azərbaycan Rusiyada ÜAK-ın fəaliyyətinin bərpa olunacağına ümid edir
Azərbaycan Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpa olunacağına ümid edir. Məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilmiş VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib. Nazir xatırladıb ki, ÜAK 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Ş.Mustafayev bildirib ki, Rusiyanın demək olar ki bütün regionlarında çox sayda azərbaycanlı yaşayır, onlar Rusiya cəmiyyətinə inteqrasiya olur və RF-nin inkişafına heç də az töhfə vermirlər.
Prezident beynəlxalq idman təşkilatlarının nümayəndələrini qəbul edib
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Deputat: Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən və orada antiazərbaycan təbliğatı aparan Türkiyə vətəndaşlarına ziyalı deməyin özü qəbahətdir.
Tbilisidə Avropa Gənclər Forumu keçirilib
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Tbilisi şəhərində keçirilən "Gənclər siyasətində keyfiyyət standartları" adlı tədbirdə iştirak edib. Tədbir Avropa Gənclər Forumu və Tbilisi şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Milli Şuradan “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirin məqsədi gənclər siyasəti ilə bağlı Avropa gənclər forumunun tərtib etdiyi 8 keyfiyyət göstəricilərinin tətbiqininin müzakirəsidir.
Deputat qətlə yetirildi - Ukraynada
Ukraynada deputat qətlə yetirilib. Ötən gecə Çerkasıda Şəhər Şurasının deputatı Mixail Binusov güllələnib. Ukrayna polisi "Kalaşnikov" avtomatından atəş açıldığını bildirib. Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxslərin axtarışı davam edir.
Taun epidemiyası sürətlə yayılır
Yəməndə taun epidemiyası sürətlə yayılmağa davam edir. Olaylar bildirir ki, ölkədə 750 min insanda taun virusu təsbit edilib. Məlumata görə Yəməndə 2 min nəfər də taun epidemiyası səbəbi ilə həlak olub. Ölkədəki lazimi tibbi avadanlıqların olmaması və natəmizlik xəstəliyin daha da sürətlə yayılmasın şərait yaradır. Oxfamın hesabında bildirilir ki, noyabr ayında bu virusun daşıyıcılarının sayı bir milyona çata bilər.
Teatrda direktora etiraz - 9 nəfər getdi
İrəvan Dövlət Azərbaycan Dram Teatrından kütləvi istefalar başlayıb. Bir neçə gün öncə teatrı daha üç nəfər tərk edib. Bunlar aktrisalar Ayşən Mirzəzadə və Məryəm Qələndərova, aktyor Əhliman Ərşadlıdır.
Təcili yardım bölməsində unudulan xəstənin beyninə qan sızaraq öldü - VİDEO
ABŞ-ın Nyu-York şəhərində başından yaralanan şəxs getdiyi xəstəxanının təcili yardım bölməsində unudulub. 9 saat gözlədikdən sonra komaya düşən 53 yaşlı Anxel Rivera dünyasını dəyişib.














