Gündəm
Həbsdə olan blogerin işi Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı
Həbsdə olan bloger Mehman Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kassasiya şikayəti qismən təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işi yenidən geri qaytarılıb.
Prezident İlham Əliyev Lütfi Zadənin vida mərasimində iştirak edir
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edir.
Dövlət sirrinin qeyri-qanuni yayılmasının təhqiqatı proseduru müəyyənləşdi
Dövlət Təhlükəsizlik Xidməti "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası"nı təsdiqləyib. Qaydaya əsasən, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan və bununla yayılmış məlumat məxfiləşdirilərkən, istinad edilmiş siyahını təsdiq edən dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Müsabiqənin nəticələri açıqlanacaq
Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim Yay Tətilim-2017” Respublika Uşaq Rəsm müsabiqəsinin yekun sərgisi oktyabrın 6 – da saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar bildirir ki, müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.
İftixar Piriyevə töhmət verildi, direktor müavini işdən getdi — NAZİRLİK AÇIQLADI
İrəvan Dövlət Azərbaycam Dram Teatrının direktoru İftixar Piriyevə töhmət verilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov məlumat verib.
İnsanın piylənməsinin səbəbi məlum oldu
Braziliyalı alimlərin araşdırması nəticəsində insan orqanizmində piylənmənin səbəbi məlum olub. Braziliyalı həkim Lisio Velloso Sao Paulo Dövlət Elmi Tədqiqat Fondunun konfransında bu barədə hazırladığı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, insan mədəsində və bağırsağında yığılan doymuş yağlar səbəbindən kökəlir.
Ekspert: “Hesabatdan sonra investorların ölkə iqtisadiyyatına diqqəti artacaq"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına sahibdir. Bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.
Siyasətçilər Ermənistanın Azərbaycanın tərkibinə qaytarılmasını da əsaslandıra bilər
Dağlıq Qarabağın təhlükəsizliyinə xətər törətməyən bəzi ərazilər Azərbaycana qaytarıla bilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Spirtli içki toyda davaya səbəb oldu
Tovuz rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Məlumata görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində qeydə alınıb.
60 nəfər saxlanıldı – 34 nəfər axtarılır
İstanbul Təhlükəsizlik qüvvələri tərəfindən səhər saatlarında Fatih və Sarıyer qəsəbələrində FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçiriblər. Olaylar bildirir ki, 94 nəfərə qarşı nəzərdə tutulan əməliyyatda yalnız 60 nəfər saxlanılıb. Saxlanılan şəxslərin ByLock istifadəçisi olduqları məlum olub. Digər 34 nəfərin saxlanılmasaı istiqamətində əməliyyatların davam etdiriləcəyi bildirilir.
Cəzaların humanistləşdirilməsi təmin edilir
Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunur. “Olaylar” xəbər verir ki, tədbirdə Milli Məclis Aparatının, Prezident Administrasityasının, Ali Məhkəmənin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Ermənistanın müdafiə nazirinə qarşı oğurluq ittihamı
Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avedisyan artıq 7 aydır ki, hər cümə axşamı hökümət binasının qarşısında etiraz aksiya keçirir. Keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir. Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur.
ATV-də işdən çıxarılan Azər Zahid rejissorla dava edib
ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb. Aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb. Məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir. O, telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib.
Deputat: "İnanırıq ki, Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları tezliklə Azərbaycana təhvil veriləcəklər"
Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir.
Azərbaycana girişi qadağan olan şəxslər
Bir sıra xarici ölkə vətəndaşlarına Azərbaycan Respublikasına daxil olmağa rəsmən qadağa qoyulub. Buna səbəb isə Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlı Qarabağa qanunsuz səfər etmələrdir. Azərbaycana girişi qadağan olunan xarici ölkə vətəndaşları barədə araşdırma aparılıb.














