İnsanın piylənməsinin səbəbi məlum oldu

Braziliyalı alimlərin araşdırması nəticəsində insan orqanizmində piylənmənin səbəbi məlum olub. Braziliyalı həkim Lisio Velloso Sao Paulo Dövlət Elmi Tədqiqat Fondunun konfransında bu barədə hazırladığı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, insan mədəsində və bağırsağında yığılan doymuş yağlar səbəbindən kökəlir. 

Bu barədə araşdırmalar aparılıb. Araşdırmalar ilk öncə siçanın üzərində həyata keçirilib. Siçanlara doymuş yağlardan ibarət maddələr verilib. Nəticələr özünü çox gözlətməyib. Belə ki, siçanlar bir həftənin içərisində çəkilərini artırıblar. Həkimlərin fikrincə, doymuş yağlar bağırsağa və mədəyə düşdükdən sonra orqanizmdəki hüceyrələri öldürür. Nəticədə insanın doyma hissi öz funksiyasını itirir və siqnal beyinə gedib çatmır.

Hazırda həkimlər itirilmiş hüceyrələrin bərpasının necə həyata keçirilməsi üzərində çalışırlar.  Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31