Spirtli içki toyda davaya səbəb oldu
Tovuz rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Məlumata görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində qeydə alınıb.
29 Sentyabr 2017 12:21 DünyaTovuz rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Məlumata görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində qeydə alınıb. Belə ki, toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31