Cəzaların humanistləşdirilməsi təmin edilir

Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunur. “Olaylar” xəbər verir ki, tədbirdə Milli Məclis Aparatının, Prezident Administrasityasının, Ali Məhkəmənin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunur. "Olaylar" xəbər verir ki, tədbirdə Milli Məclis Aparatının, Prezident Administrasityasının, Ali Məhkəmənin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev qanun layihəsini yüksək qiymətləndirib. O deyib ki, qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev bildirib ki, dəyişikliklər layihəsində mülkiyyət əməllərinə cinayət əməllərinə dekriminallaşdırılıb. Şöbə müdiri qeyd edib ki, azadlıqdan məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə əlavə edilib: "Əvvəllər bu cəza var idi, amma sonradan çıxarılıb. Yeni cəza növünün isə mahiyyəti də dəyişdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31