Siyasətçilər Ermənistanın Azərbaycanın tərkibinə qaytarılmasını da əsaslandıra bilər

Dağlıq Qarabağın təhlükəsizliyinə xətər törətməyən bəzi ərazilər Azərbaycana qaytarıla bilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Dağlıq Qarabağın təhlükəsizliyinə xətər törətməyən bəzi ərazilər Azərbaycana qaytarıla bilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ermənistan Xİ naziri E.Nalbandyan Ermənistan- Diaspor forumunda çıxış edərkən bu bəyanatı verdi. Bu bəyanata münasibət Ermənistan və dünya erməniliyində Dağlıq Qarabağın taleyinə laqeydliyin və hətta təslimçiliyin artdığını nümayiş etdirir:

I. Nalbandyanın bəyanatı siyasi mühitdə narahatlıq yaratsa da, bu ciddi hadisəyə çevrilmədi. Yenidən "deyilənlərdə yeni bir şey yoxdur" tezisi dövriyyəyə buraxıldı. Hətta Daşnaksutyun partiyasının funksionerlərindən olan K.Manoyan da belə düşünür.

II. Dağlıq Qarabağda E.Nalbandyanın dediklərini ciddiyə almadılar. Son dövrlərdə yaddaşımız bizi aldatmırsa bu Ermənistanla Dağlıq Qarabağ arasında 3-cü ciddi fikir ayrılığıdır.

III. Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağın təhlükəsizliyinə xətər yaratmayan heç bir ərazini tanımadığını bildirdi. Başqa sözlə, ER Müdafiə Nazirliyi adından baş ştabın rəisi M.Akopyan Xİ naziri E.Nalbandyana qarşı çıxdı.

IV. ER Müdafiə Nazirliyinin ərazi qaytarılması ilə bağlı mövqeyində daha vacib cəhət üzə çıxdı. ER Müdafiə Nazirliyi ərazilərin qaytarılmasına qarşı çıxmayacaq. O yalnız siyasi rəhbərliyin göstərişini yerinə yetirəcəkdir. Prezident S.Sərkisyan son bir il ərzində ərazilərin qaytarılması ilə bağlı dediklərini və E.Nalbandyanın son bəyanatını nəzərə alsaq, Ermənistanın siyasi rəhbərliyinin əraziləri qaytarmaq niyyətində olduğunu demək olar. Lakin Ermənistanın siyasi rəhbərliyi bu prosesi mümkün qədər yubatmaq istəyir. Hansısa möcüzə gözləyir.

V. "Dağlıq Qarabağı vermək olmaz. Onu yalnız müharibə nəticəsində uduzmaq olar":- Dağlıq Qarabağda yaşayan hərbi və milli təhlükəsizlik problemləri üzrə ekspert Raçya Arzumanyan E.Nalbandyanın dediklərini belə şərh etdi.

VI. "İstənilən rayonun qaytarılması Qarabağın təhlükəsizliyinə təhlükə yaradır. Verilməsi Dağlıq Qarabağın təhlükəsizliyinə xətər yaratmayan rayon təbiətdə mövcud deyil":- A.Melikyan Dağlıq Qarabağın keçmiş Xİ naziri.

VII. "Mənə nazir E.Nalbandyanın dünənki çıxışından sonra yaranmış mərəkə aydın deyil. Hamı bilir ki, koridor olmalıdır. E.Nalbandyan bəyan edir ki, koridor elə ölçüdə olmalıdır ki, onu heç bir silahla vurmaq olmasın. İkincisi əgər kimsə ərazilərdən danışırsa elə şərait yaratmalıdır ki, ərazilərin qaytarılması "Arsaxın" çoxlaylı təhlükəsizliyinə təhlükə yaranmasın. Mahiyyətinə görə dünən danışılanlar yalnız plankanın qaldırılması prosesidir. Heç kim, heç kəsə ərazi vermir. Yalnız nazir həmsədrlərin təklif etdiyi həll paketinin iki elementinə tələbi artırdı":-ER Xİ nazirinin müavini Ş.Köçəryan.

Bu məharətlə Ş.Köçəryan Ermənistanı Azərbaycanın tərkibinə daxil olmasını da əsaslandıra bilər.

VIII. E.Nalbandyan bir neçə gün sonra onun səsləndirdiyi fikirlərin təhrif      olunduğunu bildirdi. Lakin o ərazilərin qaytarılması ilə bağlı dediklərini təkzib etmədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31