Gündəm

İŞİD Bağdadinin yeni səs yazısını yayımladı

29 Sentyabr 2017 13:28

İraq Şam İslam Dövlətinin (İŞİD) keçmiş lideri Əbu Bəkr Əl-Bağdadiyə aid yeni səs qeydləri yayımlanıb. Qeyddə terrorçu liderə aid olduğu deyilən səs Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı təhdidlərindən bəhs edib.

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək

29 Sentyabr 2017 13:25

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi 1999-cu ildə qəbul olunan Cinayət Məcəlləsindən sonra ən böyük qanun layihəsi hesab oluna bilər”.

Azərbaycanda inanılmaz müalicə üsulu: "Ay dədə, öldüm" - VİDEO

29 Sentyabr 2017 13:21

Azərbaycanda xəstə kişini qeyri-ənənəvi yolla müalicə ediblər.  Sosial şəbəkədə yayılan videoda bir kişinin türkəçarə yolu ilə xəstəliyinə əlac tapmağa cəhd göstərilib.  Qədim dövrlərdə, tibbin inkişaf etmədiyi vaxtlarda istifadə olunan üsulla xəstəliyi olan kişinin onurğasındakı fəqərənin diskini müalicə edirlər. Videodan göründüyü kimi xəstəni bir neçə nəfər çətinliklə saxlayır. Tibbi savadı olmadığı güman edilən bir şəxs isə onu müalicə edir.

Şabanın daha bir filmində səhv tapıldı 

29 Sentyabr 2017 13:19

1985-ci ilə baş roluna Kemal Sunalın çəkildiyi "Katma Değer Şaban" adlı filmdə çəkim xətası aşkar edilib. İzləyicilərin sayta bildirdiyi şikayətdə qeyd olunub ki, filmin əvvəlində Almaniyadan gələn Şabanın saçındakı boya sonrakı kadrlarda olmur.

Avropa Çempionuna ərə gedən müğənni hamilədir?

29 Sentyabr 2017 13:16

Müğənni Dəniz ana olmağa hazırlaşır. Tədbirlərin birində iştirak edən müğənni geyimi ilə diqqət çəkib. Dəniz özü hamilə olduğunu təkzib etsə də, yaxın ətrafı bu iddianı təsdiq edib. 

Sekuta: "Lütfü Zadə ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib"

29 Sentyabr 2017 13:14

Böyük alim Lütfü Zadə elmin inkişafına böyük töhfvələr verib. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, bəzən riyaziyyat elmi və riyaziyyat elmindəki dəyişikliklər bir qədər mücərrəd görünür: "Amma həmin irəliləyişlər bu gün bizim müasir həyatımızdakı çox nailiyyətin əldə edilməsinə səbəb olub. Azərbaycanlılar haqlı olaraq, bu görkəmli şəxslə fəxr edirlər.

İraqda türk hərbçilərlə terrorçular arasında atışma: ölən və yaralananlar var

29 Sentyabr 2017 13:13

İraqın şimalında Türkiyə hərbçiləri ilə terrorçular arasında atışma olub. Məlumata görə, qarşıdurma Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun qarşı tərəfində - İraqın Kanimasi bölgəsində qeydə alınıb. Atışma nəticəsində bir türk hərbçi həlak olub, 4-ü yaralanıb. 3 terrorçu öldürülüb.

Yekaterinburqda hökumət binaları təxliyə edildi

29 Sentyabr 2017 13:10

Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib. Məlumata görə, əməkdaşlar binadan çıxarıldıqdan sonra yoxlamalar aparılıb. Təxliyənin səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun son həftələrdə davam edən anonim zənglərlə əlaqədar olması istisna edilmir. 

Lütfi Zadə İlə vida mərasimi başlayıb

29 Sentyabr 2017 12:58

Böyük alim Lütfi Zadə İlə vida mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Mərasimə dövlət və hökumət nümayəndələri, elm adamları, ictimaiyyətin təmsilçiləri qatılıb. Tədbir davam edir.

YALNIZ SİBİR SAĞ QALACAQ: nüvə qışı üçün genetiklərin proqnozu

29 Sentyabr 2017 12:55

Amerika Şimali Koreya ilə vuruşmağa hazırlaşarkən və hər iki dövlət bir-birini nüvə silahı ilə hədələyərkən, alimlər bu halın baş verəcəyi təqdirdə, bəşəriyyətin salamat qala biləcəyi haqda baş sındırırlar. Nüvə müharibəsinin öhdəsindən yalnız o insanlar gəlməyə bacaracaqlar ki, onlar soyuq ərazilərdə yaşayan genlər olacaq. Bu qənaətə Arizona universitetindən olan alimlər və Novosibirskin sitologiya və genetika İnstitutunun əməkdaşları gəliblər. Onlar Sibir camaatının soyuğa uyğunluğunun genetik əlamətlərini tədqiq ediblər.

Azərbaycanda ÜDM-in artacağı proqnozlaşdırlır

29 Sentyabr 2017 12:54

“S&P Global Ratings nüfuzlu beynəlxalq reytinq agenliyi Azərbaycanda Ümumdaxili Məhsulun həcminin 2018-ci ildə 2%, 2019-cu ildə 3.5%, 2020-ci ildə 3.5% artacağını proqnozlaşdırır”. Bu barədə Milli Məclisin iqtisadi siayasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkilişi bildirib.

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların babası tapıldı

29 Sentyabr 2017 12:53

Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.O qeyd edib ki, Azərbaycanın İraqdakı diplomatik korpusu məsələni gündəmdə saxlayır: “Uşaqların Azərbaycanda babası və digər qohumları müəyyənləşib.

Yağış yağacaq

29 Sentyabr 2017 12:51

Sabah, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Oktyabrda hava necə olacaq?

29 Sentyabr 2017 12:49

Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.