İraqda türk hərbçilərlə terrorçular arasında atışma: ölən və yaralananlar var
İraqın şimalında Türkiyə hərbçiləri ilə terrorçular arasında atışma olub. Məlumata görə, qarşıdurma Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun qarşı tərəfində - İraqın Kanimasi bölgəsində qeydə alınıb. Atışma nəticəsində bir türk hərbçi həlak olub, 4-ü yaralanıb. 3 terrorçu öldürülüb.
29 Sentyabr 2017 13:13 Dünyaİraqın şimalında Türkiyə hərbçiləri ilə terrorçular arasında atışma olub. Məlumata görə, qarşıdurma Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun qarşı tərəfində - İraqın Kanimasi bölgəsində qeydə alınıb. Atışma nəticəsində bir türk hərbçi həlak olub, 4-ü yaralanıb. 3 terrorçu öldürülüb.
Bundan başqa, Ağrı vilayətinin Doğubəyazid rayonunda da terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, ikisi yaralanıb. 4 terrorçu zərərsizləşdirilib. Trend.az