Gündəm

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunub

29 Sentyabr 2017 14:01

Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub. Məlumata görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.

Nazir: "İlin sonunadək Bakının bütün parkları pulsuz "wi-fi" ilə təmin olunacaq"

29 Sentyabr 2017 13:59

"Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.

Bakı sakini mənzilində huşsuz vəziyətdə tapılıb

29 Sentyabr 2017 13:56

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Nazir: "Yaxında vətəndaşlara veriləcək yeni nəsil şəxsiyyət vəsiqəsi "e-imza" ilə təmin olunacaq"

29 Sentyabr 2017 13:54

"Bu gün Azərbaycanda istənilən sahədə İKT uğurla tətbiq olunur. Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir. Bütün bu xidmətlər "Elektron hökumət" modelində əks olunur". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.

Səhiyyə naziri Tərtərdə

29 Sentyabr 2017 13:55

Sentyabrın 29 –u, saat 13:00-da Səhiyyə naziri Oqtay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Olaylar bildirir ki, nazir Tərtər, Bərdə, Ağdam və Ağcəbədi rayon sakinlərini qəbul edəcək. Qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandıracaq. Həmçinin, qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Səfir: "Dağlıq Qarabağa gedən şəxslər Türkiyənin rəsmi mövqeyini ifadə etmir"

29 Sentyabr 2017 13:52

“Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyirik”.

İrəvanda onlarla tələbənin iştirakı ilə kütləvi dava olub

29 Sentyabr 2017 13:48

İrəvanda ali məktəbin yaxınlığında kütləvi dava olub.  Bu gün İrəvan Pedaqoji Universitetinin yaxınlığında düşən davada onlarla tələbə iştirak edib. Şahidlər hətta atəş səsləri eşitdiklərini bildiriblər. 

Bakı-Sumqayıt qatarı adam vurdu

29 Sentyabr 2017 13:45

Sentyabrın 28-də saat 9 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Bakı-Sumqayıt elektrik qatarı ilə Bakı şəhər sakini Məhərrəm Abbasov vurulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə nəticəsində M.Abbasov hadisə yerində ölüb.Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

XİN: ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır

29 Sentyabr 2017 13:45

"ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir".

“Türkiyə Ermənistanla gizli danışıqlar...”

29 Sentyabr 2017 13:35

Sentyabrın 22-də Türkiyədən olan bir qrup "ziyalı" “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edərək anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Bu səfəri şərh edən politoloq Qabil Hüseynli  açıqlamasında bildirib ki, sözügedən qrupda yer alan insanlar ermənilərin hansı çirkin niyyətlərinin olduğunu çox yaxşı bilirlər.

“Dəmir kansler”dən XƏBƏRDARLIQ: növbəti iqtisadi böhran gəlir

29 Sentyabr 2017 13:31

Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun xəbərdarlıq edib ki, növbəti potensial maliyyə böhranı Asiyadan gələ bilər. Xarici KİV-in məlumatına görə, Braun bildirib ki, Asiya bankları “kölgə bankçılığı” olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil.  Eks baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək. Qordon Braun G20 ölkələrinə çağırış edib və bildirib ki, onlar bütün maliyyə risklərini yaxından təqib etməlidir. O həmçinin maliyyə qurumları, hökumət və banklar arasında iqtisadi risklərin araşdırılması, qiymətləndirilməsi üçün birgə nəzarət qrupunun yaradılmasını təklif edib.

Mixail Erdman və Orxan Qaravəlli öz kitablarını Universitetə hədiyyə etdilər

29 Sentyabr 2017 13:30

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayının 28-30 tarixlərində Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi də öz ədəbiyyat fondunun nəşrləri ilə fəal iştirak edir. Olaylar bildirir ki, Bakı İdman Sarayında Sərgi-Yarmarkanın təntənəli açılış mərasimindən sonra Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Xalq yazıçıları Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, eləcə də xarici qonaqlar və digərləri ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirərək universitetin əməkdaşlarının nəşrləri ilə maraqlanıblar. Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsəgərova kitablarla maraqlanan hər bir qonağa sərgilənən ədəbiyyat haqqında müfəssəl məlumat verib. 

Sosial iş üzrə seminar keçirilib

29 Sentyabr 2017 13:29

Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə sosial işçilər və tələbələr üçün seminar təşkil olunub. Olaylar bildirir ki, seminarda Birliyin sədri, Vaşinqton Universitetinin Sosial iş üzrə doktorantı Aytəkin Hüseynli iştirakçılara sosial işin yerli və beynəlxalq səviyyədə əhəmiyyəti, sosial işçilər harada çalışa bilər və s. kimi mövzular haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Ermənistan Avrasiya Birliyindən çıxa bilər

29 Sentyabr 2017 13:27

Ermənistan parlamentinin 3 oktyabrda keçiriləcək plenar iclasında ölkənin Avrasiya Birliyindən çıxarılması təklifi gözdən keçiriləcək. Bu barədə “Yelk” blokunun fraksiya rəhbəri Nikol Paşinyan açıqlama verib.