Gündəm

Erməni sevgisi, yoxsa arxadan vurulan zərbə?

29 Sentyabr 2017 15:03

Qardaş Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə Dağlıq Qarabağa səfər etmələri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Azərbaycan prezidentinə Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatı təqdim olunub 

29 Sentyabr 2017 14:48

Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Məlumata görə, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Yubiley mərasiminin iştirakçıları prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevmərasimdə nitq söyləyib.

Baş Prokurorluq narkotik vasitələrdən istifadə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir

29 Sentyabr 2017 14:45

Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir. Məlumata görə, bunu Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmələrdə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: “Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda, əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.

Şahin Mustafayev rusiyalı həmkarı ilə görüşüb

29 Sentyabr 2017 14:42

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilən VIII regionlararası iqtisadi forum çərçivəsində rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Komitə sədri Aİ-nin nümayəndələri ilə görüşüb

29 Sentyabr 2017 14:42

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu qeyd edib. Görüş zamanı Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin  (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi müzakirə edilib.

XİN-dən referendum açıqlaması

29 Sentyabr 2017 14:40

"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir". “Olaylar” xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

Həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansı addımları atacaq – “İkinci Pərdə”

29 Sentyabr 2017 14:39

Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında “İkinci Pərdə” filminin treyleri təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Rejissoru Emil Quliyev, Baş Prodüseri isə Orxan Mərdandır. Olaylar bildirir ki, filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.  

Deputat: Cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzası tətbiq edilsin

29 Sentyabr 2017 14:38

Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, sözügedən təklif deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb.

Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI

29 Sentyabr 2017 14:28

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb. Bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.

“Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib

29 Sentyabr 2017 14:24

Bakıda “Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib. Yazıçı-publisist Afət Sadıqoğlunun müəllifi olduğu kitabın təqdimat mərasimində Quzey Kıbrıs Türk Cumhuriyyətinin (QKTC) Azərbaycan nümayəndəliyinin rəhbərliyi, bu ölkənin milli təhsil və mədəniyyət naziri Özdemir Berova, Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Prezident həbs qətiimkan tədbirləri ilə bağlı vəziyyəti qeyri-normal hesab edir

29 Sentyabr 2017 14:22

“Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb.

Silsilə oğurluqla məşğul olan şəxs tutulub

29 Sentyabr 2017 14:09

Altı həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə bir evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə şəhər ərazsisindəki 6 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan İsmayılov tutulub.

Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş seminar

29 Sentyabr 2017 14:07

Tarixi Muzeyi ilə Bilik Fondunun birgə təşkilatçılığı ilə muzeydə növbəti tədbir təşkil olunub. “Şərqşünas Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusundakı seminarda BDU Şərqşünaslıq fakültəsinin, Maliyyə-İqtisad Kollecinin və müxtəlif universitetlərin tələbələri iştirak edib.

Deputat: Narkotik maddədən istifadə Cinayət Məcəlləsindən çıxarılmalıdır

29 Sentyabr 2017 14:05

“Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən məhbusların 30 faizi narkotik maddələrdən istifadəyə görə həbs olunan şəxslərdir. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Ermənistanda kürdlər ə görə ət bahalaşıb

29 Sentyabr 2017 14:03

Erməni iş adamı Samvel Aleksanyan İraq Kürdüstanı ilə biznes əlaqələrinə malikdir.  Ermənistanda ətin gözlənilmədən bahalaşması Aleksanyan tərəfindən ət məhsullarının “müstəqillik” əldə edən İraqKürdüstanına ixrac edilməsi ilə bağlıdır.