Gündəm

Dəmir yolunda qış mövsümünə hazırlıq işləri sürətləndirilir

29 Sentyabr 2017 15:40

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planınına əsasən işlər həyata keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib.

Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur

29 Sentyabr 2017 15:38

Sentyabrın 29-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Lənkəran rayonunun Darquba kəndində keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Deputat: Təşvişə ehtiyac yoxdur

29 Sentyabr 2017 15:36

Sentyabrın 30-da manatın yenidən devalvasiya edəcəyi barədə məlumat yayılıb. Buna səbəb həmin günün şənbə günü olmasına baxmayaraq Mərkəzi Bank tərəfindən kommersiya banklarına iş başında olmaları barədə verilən göstərişdir. İqtisadçı ekspert Vüqar Bayramov “Olaylar”a bildirib ki, mantın devalvasiya olub-olmayacağı barədə sualın cavabı Mərkəzi Bankdadır: “Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var.

Aydın Əliyev Quzanlıda qəbul keçirib

29 Sentyabr 2017 15:32

Sentyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Olaylar” xəbər verir ki, qəbulda bölgədə yerləşən - Ağdam, Goranboy, Bərdə və Tərtər rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. .

130 min insan təxliyyə olundu

29 Sentyabr 2017 15:30

İndoneziyada yerləşən Bali adasında Agung vulkanın ətrafında yerləşən yaşayış yerlərində yaşayan 130 min insan təhlükəsiz ərazilərə təxliyyə olunublar. Olaylar bildirir ki, evlərini tərk etmək məcburiyyətində qalan sakinlər bir aylıq ilkin yardım və ərzaqla təmin ediliblər. Vulkan bölgədə 50 metr məsafəyə qədər qaz və kül səpib. Rəsmilər bölgədə uçuşların marşrutunu dəyişdirmək üçün işlərini davam etdirdiklərini söyləyiblər. Bir çox turist vulkanın püsgürməsi səbəbi ilə Bali adasında məzuniyyətlərini yarımçıq saxlayıblar.

Facebook-da problem yarandı - YENİLƏNİB

29 Sentyabr 2017 15:30

Facebook sosial şəbəkəsinə girişdə problem yaranıb. Sentyabrın 29-da saat təxminən 14:30-dan etibarən Facebook sosial şəbəkəsinə girişdə problem yaranıb. Az sonra isə, ümumiyyətlə, bu şəbəkədən nə kompüter, nə də smartfonlarda istifadə etmək mümkün olmayıb.

Müasir dövrümüzdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər

29 Sentyabr 2017 15:29

Qadınlar da gənclər kimi hər zaman ölkənin həyatında mühüm rol oynayaraq onun inkişafına, tərəqqisinə müəyyən mənada öz töhfələrini veriblər. Ümumiyyətlə, tarixin bütün dövrlərində qadınlar cəmiyyətin aparıcı qüvvəsi rolunu oynayıblar.

Minsk qrupu formatı tükənib

29 Sentyabr 2017 15:25

Yaxın bölgəmizdə yaşanan proseslər, özü də bu proseslərin arzuedilməz məcraya yönəlmnəsi Cənubi Qafqazda mövcud olan münaqişələrin həllini arxa plana keçirir. Hər halda dünyanın super güclərinin regiona olan maraqlarında bu aydın şəkildə özünü büruzə verir. Düzdür, müəyyən beynəlxalq təşkilatlar, supergüclər Cənubi Qafqazda möhkəmlənmək, regionda öz maraqlarını qorumaq planları barədə düşünürlər. Ancaq məyusedici məqam ondan ibarətdir ki, həmin güc mərkəzləri regionda maraqlarının təmin olunmasına mövcud şərtlər daxilində çalışırlar.

Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdi alınmayacaq

29 Sentyabr 2017 15:23

Şimali İraqda “müstəqillik” referendumu təşkil etməklə bölgəni, xüsusilə də Türkiyəni ciddi təhlükə altında qoyan Qərb dairələri, böyük güclər, eləcə də onların əlinə oynayan erməni lobbisi paralel olaraq Ankaranın öz yaxın qonşuları ilə münasibətlərinə də zərbə vurmaq, ikitərəfli əlaqələrdə sərinlik yaratmaq istiqamətindı ciddi cəhdlə çalışırlar. Bu xüsusda Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdi daha çox diqqət çəkir.

Kürdlərin özünü müstəqil elan etməsi seperatizmi gücləndirə bilər

29 Sentyabr 2017 15:21

İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsi təkcə region dövlətlərinin deyil, eləcə də dünyanın aparıcı dövlətlərinin siyasi gəzişmələrinə səbəb olub. Hazırda söz sahibi olan dəvlətlər regionda maraqlarının təmin olunması istiqamətində leqal və qeyri-leqal fəaliyyətlərini davam etdirilr. Maraqlıdır, baş verən proseslərin qonşu dövlətlərə təsiri nədən ibarət ola bilər? 

Qeyri-neft sektorunun inkişaf etdirilməsi

29 Sentyabr 2017 15:19

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Etiraf etmək lazımdır ki, əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi.

Ölkədə cəza siyasəti humanisləşdirilir

29 Sentyabr 2017 15:18

Ölkəmizdə insan hüquq və azadlıqlarına daim diqqət yetirilməsi, humanizm prinsiplərinin əsas götürülməsi bu sahədə mövcud olan bəzi qanunvericlik aktlarına əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. Xüsusilə, cəza növünün yüngüllləşdirilməsini bu sıraya aid etmək olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında liderliyini qoruyur

29 Sentyabr 2017 15:16

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki  regionda, eləcə də dünyanın inkişaf etmiş ölkələri arasında  ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir. 

Avropa Şurası ənənəvi təxribatını davam etdirir

29 Sentyabr 2017 15:09

Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycanın qurumdan kənarlaşdırılmaq ehtimalının olduəunu dilə gətirməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Əslində təkcə Avropa Şurası deyil, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən analoji bəyənatların veriləcəyi gözlənilən idi. Azərbaycanın beynəlxalq nüfuzuzun artması, beynəlxalq reytinq cədvəlində irəliləyərək inkişaf etmiş ölkələri belə geridə qoyması, ən əsası isə qarşıdan gələn prezident seçkiləri bu tipli addımların atılma ehtimalını artırırdı. Budur, Avropa Şurasının rəsmisi heç bir sərhəd gözləmədən ölkəmizə qarşı ikili siyasətini ortaya qoymaqla “irəli düşdü”.    

Telman İsmayılov axtarışa verilə bilər - KİV

29 Sentyabr 2017 15:05

"Moskva vilayətindəki "Abramtsevo" bazarına nəzarət edən "Lyubertsı" mütəşəkkil cinayətkar qruplaşmasının (MCQ) avtoritetlərinin qətlə yetirilməsində Telman İsmayılovun ailəsi şübhəli bilinir".