Deputat: Təşvişə ehtiyac yoxdur
Sentyabrın 30-da manatın yenidən devalvasiya edəcəyi barədə məlumat yayılıb. Buna səbəb həmin günün şənbə günü olmasına baxmayaraq Mərkəzi Bank tərəfindən kommersiya banklarına iş başında olmaları barədə verilən göstərişdir. İqtisadçı ekspert Vüqar Bayramov “Olaylar”a bildirib ki, mantın devalvasiya olub-olmayacağı barədə sualın cavabı Mərkəzi Bankdadır: “Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var.
29 Sentyabr 2017 15:36 İqtisadiyyatEkspert: Mərkəzi Bank açıqlama verməlidir
Sentyabrın 30-da manatın yenidən devalvasiya edəcəyi barədə məlumat yayılıb. Buna səbəb həmin günün şənbə günü olmasına baxmayaraq Mərkəzi Bank tərəfindən kommersiya banklarına iş başında olmaları barədə verilən göstərişdir. İqtisadçı ekspert Vüqar Bayramov "Olaylar"a bildirib ki, mantın devalvasiya olub-olmayacağı barədə sualın cavabı Mərkəzi Bankdadır: "Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var. Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil. Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valuyataya tələbin necə deyişməsidir. Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi. Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır".
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, yayılan xəbərlə bağlı Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevlə əlaqə saxlayıb: "Hər hansı bir təşvişə ehtiyac yoxdur. Mən Alim Quliyevlə danışdım. Bildirdilər ki, 9 ayın yekunları ilə bağlı banklardan bəzi gözləntilərin həyata keçirilməsi üçün 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilib. Mən bilirdim ki, problem yoxdur. Heç bir devalvasiya da gözlənilmir. Çünki, manatın möhkəmlənməsi prossesi çox sürətlə aparılır və hər hansı bir narahatçılıq görmürəm".