Əmək mübahisələrinin həlli məsələsi müzakirə olunub-Özəl
13:22 SiyasətAğcabədi rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı və Mediasiya Şurasının nümayəndələrinin iştirakı ilə zona seminarı keçirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, seminarda Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Kürdəmir, Zərdab, Ağdam, Bərdə və Ağcabədi rayonlarından 75 həmkarlar ittifaqı nümayəndəsi iştirak edib, əmək mübahisələrinin həlli, hüquqi maarifləndirmə, kollektiv əmək mübahisələrinin tənzimlənməsi və mediasiya imkanları, həmçinin həmkarlar ittifaqı komitələri ilə mediasiya təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirdə Respublika Birliyi sədrinin birinci müavini, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Mediasiya Şurasının zona üzrə nümayəndələri iştirak ediblər.
Seminar qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.