Gündəm
Prezident İlham Əliyev: "Avropa və İslam oyunlarının keçirilməsi sivilizasiyalararası dialoqa növbəti töhfəmiz kimi qəbul edilməlidir"
Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub. Məlumata görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Media azad və demokratik mühitdə fəaliyyət göstərir
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atılmağa başlandı. Müstəqilliyin ilk illərində ölkədə azad media, mətbuatı inkişaf etdirmək o qədər də asan məsələ deyildi.
Rus yazıçılarının 300 kitabı hədiyyə olunub – Mərkəzi Elmi Kitabxanaya
A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin nümayəndələri AMEA Mərkəzi Elmi Kitabxanasına rus yazıçılarının 300 kitabını hədiyyə ediblər. Olaylar bildirir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycana diqqət yetirdiyi və belə bir hədiyyə ilə məhz bura gəldiyi üçün Rus Mühacirliyi Evinin kitabxanasına öz təşəkkürümü bildirib. Səfir qeyd edib ki, Azərbaycan bu diqqətə layiqdir. A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin aparıcı elmi əməkdaşı Viktor Leonidov Azərbaycanda rus ədəbiyyatına sayğı ilə yanaşıldığına diqqət çəkib.
"Səba"nın fırıladağı: Toyuq əvəzinə...
Bakının məhşur broyler şirkətindən şikayət var. Oxucular Yenicag.az-a müraciət edərək bildirib ki, paytaxtdakı marketlərdən birindən ”Səba” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içərisi buz parçaları ilə doludur.
İlham Əliyev: "Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub"
"Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub". Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Şimali Kiprin təhsil və mədəniyyət naziri Tərcümə Mərkəzində olub
Sentyabrın 29-da Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq TurganerNazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Ermənistanda yeni doğulan körpəni tualetə atdılar
Ermənistan Tavuş vilayətində dəhşətli hadisə baş verib. Adı açıqlanmayan 32 yaşlı qadın hamiləliyinin 8,5 aylığında doğduğu körpəni tualetə atıb. Bundan sonra Berd şəhərdəki tibbi mərkəzə çatdırılan qadınının vəziyyəti stabildir. Polis faktla bağlı cinayət işi açıb.
Yüzlərlə amerikalı və PYD döyüşçüsü öldü - İŞİD-dən əks HÜCUM
İŞİD terror təşkilatı Suriyanın Rakka vilayətinin mərkəzində ABŞ-ın dəstəklədiyi PKK/PYD güclərinə qarşı hücuma keçib. “Anadolu” agentliyinin etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, mərkəzin şərqində dünən gecə saatlarda şiddətli döyüşlər olub.
Azərbaycanda 6 barmağı olan uşaq əməliyyat olundu
PA rəsmisi: “Narkotik istifadəsinə görə ilk dəfə tutulan şəxslər müalicə olunacaqlar”
Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsində narkotikdən istifadə edən şəxslərin məsuliyyətdən azad olunaraq, müalicəyə göndərilməsi bağlı dəyişikliyi şərh edib.
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri hakimlərə irad tutub
“Görülən tədbirlərə baxmayaraq, hələ də məhkəmələr bir çox hallarda şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirlər”. Məlumata görə, bunu Milli Məclisdə bu gün keçirilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı ictimai dinləmələrdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib.
Bakının bütün parkları pulsuz "Wi-Fi" ilə təmin olunacaq
Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.
Suriya bu gün...
Suriyanın İdlib, Maret Numan, Etarib, Bidame, Hiyiş, Baara, Urem əl-Kubra, Killi , Habbit, Şinen, Şillef, Kefer Celis, Temeniye, Tel Merdik və Korkan şəhərləri hava hücumlarına məruz qalıb. Olaylar bildirir ki, hücumlar zamanı 8 dinc sakin həlak olub. Şərq Quta bölgəsində yerləşən Şam şəhərində Əsəd rejiminin hücumları davam edir. Beyt Sevə mahalında artilleriya atəşinə tutulması nəticəsində 6 vətəndaşın itkin düşdüyü bildirilir.
Deputat: "Türkiyə vətəndaşlarının Qarabağa səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir"
Türkiyə dövləti bir qrup vətəndaşının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir. Bu barədə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb: "Ufuq Urasın, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal altında qalan Xankəndinə gedərək separatçı rejimin nümayəndələri ilə görüşmələri açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işğalçılara bu formada dəstək vermələrinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiyə dövləti tərəfindən bu məslə ilə bağlı ciddi tədbirlər görülməlidir. Ufuq Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz".
İctimai reydlər və maarifləndirmə tədbirləri keçirilib
«Ailə və Ətraf Mühit» İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumların əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub. Layihə çərçivəsində işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar.












