Gündəm
Deputat: "Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər gözləyir"
"Azərbaycan dövlətinin razılığı olmadan onun sərhədlərini pozan istənilən şəxs haqqında cinayət işi başlanmalıdır". Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bir neçə Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə münasibət bildirərkən deyib.
Ukraynada hərbi təyyarə qəzası - Ölənlər var
Ukraynanın Xmeltniski şəhəri ətrafında hərbi təyyarə qəzaya uğrayıb. Qəza xəbərini Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının rəisi Roman Yurçilo təsdiqləyib.
Qadının çantasını aparan şəxs tutulub
Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 28 senytabrda metronun “Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.
Nəsimi rayonunda ahıl vətəndaşlar qayğı ilə əhatə olunublar
Beynəlxalq Ahıllar günü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir.
Binəqədidə payız-qış mövsümü ilə əlaqədar şura iclası keçirilib
Binəqədi rayonunda 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirilib. “OLAYLAR” -a daxil olan məlumata görə, Şura iclasında Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyətinin başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, inzibati sahə dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB, kommunal xidmətlərinin rəhbərləri, müəssisə rəhbərləri və fəal gənclər iştirak ediblər.
“Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” müzakirə edilib
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” adlı dəyirmi masa keçirilib.
Azay Quliyev: “İnanıram ki, Türkiyə onları cəzalandırmaq üçün Azərbaycana təhvil verəcək”
“Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən çox mənfi qarşılandı. Hər hansı bir ölkənin vətəndaşı digər dövlətin ərazilərinə daxil olan zaman həmin dövlətin qanunlarına mütləq hörmət etməlidir. Bu hörmət hamı tərəfindən məcburidir. Çox təəssüflər olsun ki, belə hallar baş verir. Biz bunu pisləyirik və qınayırıq”.
Türkiyədən Qarabağa səfər edənlər cəzalanmalıdır
“Türkiyənin bəzi jurnalist və siyasətçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qəbuledilməz bir faktdır. Türkiyədə erməni lobbisi var, həmin lobbi boş oturmayıb. Zamanla çalışırlar ki, Türkiyə-Azərbaycan qardaşlığına qarşı kölgə salsınlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Üç gün vaxt verilmişdi - Bərzanidən RƏDD CAVABI
Şimali İraq kürd muxtariyyəti nəzarətində olan hava limanları və sərhəd keçid məntəqələri İraq hökumətinə təslim etməkdən imtina edib. Bu haqda Ərbildə fəaliyyət göstərən “Rudav” telekanalı məlumat yayıb. Rərmi Bağdad hava limanları və sərhəd keçid məntəqələrinin təslim edilməsi barədə tələbin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdi.
İrəvanda “Putin ittifaqı”na zərbə hazırlanır: 4 GÜN QALDI
“Yelk” erməni müxalifət fraksiyası parlamentin plenar iclasına ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini çıxardacaq. Bu haqda “Yelk” fraksiyasından olan deputat Lena Nazaryan bildirib. Daha əvvəl “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Avrasiya İqtisadi İttifaqından çıxış haqqında məsələ oktyabrın 3-də parlamentin plenar iclasında müzakirə ediləcək.
Ölkədəki internet problemi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA: heç bir axsama yoxdur
Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ölkə ərazisində internetin sürətində fasilələrin müşahidə olunması ilə bağlı suala cavab verilərkən bildirilib.
Prezident İlham Əliyev: "Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir"
"Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir". Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Türkiyə Ədliyyə Nazirliyi: "Vətəndaşlarımızın Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır"
Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsini araşdırır. Bu barədə Türkiyə Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib. Nazirlikdən bildiriblər ki, məsələyə tam aydınlıq gətirildikdən sonra Azərbaycan tərəfinə bu barədə ətraflı məlumat veriləcək.
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda seminar keçirilib. Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin, Gəncə şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak edib.
Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetlərinə dair müzakirələr aparılıb
Ölkəmizlə Dünya Bankının əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bildirib.




.jpg)









