Ölkədəki internet problemi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA: heç bir axsama yoxdur

Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ölkə ərazisində internetin sürətində fasilələrin müşahidə olunması ilə bağlı suala cavab verilərkən bildirilib.

Həm "Aztelecom"un həm də "Baktelekom"un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ölkə ərazisində internetin sürətində fasilələrin müşahidə olunması ilə bağlı suala cavab verilərkən bildirilib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur", - deyə nazirlikdən verilən cavabda bildirilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31