Gündəm
Mədəniyyət və turizm naziri 3 ölkənin nümayəndələrini qəbul edib
Əbülfəs Qarayev Macarıstanın və Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüş keçirib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, hər üç görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.
Türkiyə mətbuatı ölkəmizin turizm imkanlarından yazıb
Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından “Vatan”, “Sözcü”, “İstiklal Gazetesi”, “Dünya”, “Diriliş Postası” və “Yeniçağ” gündəlik qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub. “OLAYLAR”-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanan və “Azərbaycan türkiyəli yatırımçıları və turistləri gözləyir” sərlövhəli məqalələrdə ölkəmiz turizm imkanları haqqında geniş məlumat verilir.
Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir
"Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsinin müstəsna əhəmiyytə kəsb edir”
“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib
Sentyabrın 29-da Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib. İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.
Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi təlimləri izləyib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ölkəmizdə keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb. Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.
Estakadayanı meydança əsaslı təmir edilib
SOCAR istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Əbülfəs Qarayev Avropa İttifaqının nümayəndəsi ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri cənab Kestutis Yankauskası qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb
2017-ci ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə. 01 sentyabr 2017-ci il tarixə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi abonentlərin 1 milyon 48 min 207-i sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 75 faizə çatıb.
Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəliləməsi iqtisadi uğurlarımızın göstəricisidir
“Dünya İqtisadi Forumu "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması iqtisadi uğurlarımızın göstəricisidir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Bakının mərkəzindəki kafedə dava: Tutulanlar var
Bakıda kafedə kütləvi dava-dalaş olub. Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.
Ukraynanın xarici işlər naziri Azərbaycana gələcək
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin 2-3 oktyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir Pavlo Klimkinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Cahangir Hacıyev cərimə kamerasına salındı
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb. Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər. M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.
"Porsche"si əlindən alınan Damla barədə ŞOK İDDİA - Evli kişidən hamilədir
Xəbər verdiyimiz kimi, müğənni Damlanın sevgilisi ona bağışladığı "Porsche" markalı avtomobilini əlindən alıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Damla hamilədir. Bildiyimiz kimi müğənninin sevgilisi olan iş adamı evlidir və iki uşağı var. Mənbənin bildirdiyinə görə, sevgililər arasında ciddi münaqişə yaşanıb.
AYB Namiq Mənaya vəzifə verilməsini təkzib etdi: “... bir vərəq kağıza da dəyməz”
Azərbaycan Yazıçılar Birliyi meyxanaçı Namiq Mənanın Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda yayılan xəbərlərlə bağlı bəyanat yayıb.
Çovdarovun cinayət işini araşdıran hakimin səlahiyyət müddəti bitib
Bakı Hərbi Məhkəməsinin 5 hakimindən 3-nün səlahiyyət müddəti başa çatıb. Bunlar - məhkəmənin sədri Həbib Həsənov, hakimlər - Rafiq Quliyev və Müslüm Əliyevdir. Bununla bağlı həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hakimlərin səlahiyyət müddətinin uzadılacağı istisna olunmur.














