Gündəm

Qəbul imtahanlarının yeni modeli açıqlandı

29 Sentyabr 2017 19:00

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 sentyabr 2017-ci il tarixində növbəti iclası keçirilib. DİM-dən  verilən məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olmuşdur. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul olunmuşdur.

Kemal Sunalın oğlu YENİ SEVGİLİSİ İLƏ

29 Sentyabr 2017 18:50

Məşhur memar Eren Talu ilə 2010-cu ildə boşanan aktrisa Dəfnə Samyeli iddiaya görə məşhur komediya ustası Kamal Sunalın oğlu Əli Sunalla sevgilidir. Dəfnə Samyeli ilə Əli Sunal 1 ay əvvəl gizli-gizli görüşməyə başlayıb. İddialara görə aktrisa dünən 40 yaşı tamam olan Əli Sunal üçün restoranda sürpriz doğum günü ziyafəti təşkil edib. Dəfnə Samyeli aktyorun doğum günündə çəkilən şəkillərim instaqramda paylaşıb. O, paylaşdığı fotoya "Yaxşı ki, anadan olmusan. Neçə belə gözəl illərə. Həyatın pijamalar kimi rahat olsun" təbrikini qeyd edib.

Amerikanı kəşf etdi, məktubunun surəti 751 min dollara satıldı!

29 Sentyabr 2017 18:47

Xristofor Kolumbun Amerikanın kəşfi ilə əlaqədar yazdığı və illüstrasiyalarla müşayiət olunan məktubunun nadir surəti ABŞ-da keçirilən hərracda 751,5 min dollara satılıb. TASS agentliyi xəbər verir ki, Nyu-Yorkun “Bonhams” satış evinin mətbuat katibi Kim Sun Xinin sözlərinə görə bu, hərraca çıxarılan belə lotlardan əldə edilən rekord gəlirdir.

Xorvatiya azarkeşlərindən BİABIRÇILIQ

29 Sentyabr 2017 18:43

UEFA Avropa Liqası çərçivəsində təşkil edilən “Milan”-“Rijeka” matçı öncəsi xorvatiyalı azarkeşlər Milan şəhərində biabırçılıq törədib. Qonaq azarkeşlər “Duomo” meydanına yığışaraq nümayişlər keçirib. Meydanda məşəllər yandıran xorvat azarkeşləri şəhəri dumana bürüyüb. Bununla da ürəkləri soyumayıb, vandallıq etməyə başlayıblar. Meydanda yerləşən II Emmanuel Vittorio heykəlinin üzərinə çıxan bir azarkeş şalvarını soyunaraq yoldan keçənlərə arxasını göstərib. Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, azarkeşlər metro stansiyasını da tüstü içində qoyub. Zərər görən “Qaribaldi” stansiyası istifadəyə bağlanıb.

Evliliklərinin ildönümü günü üstlərinə 40 metrlik qaya düşdü - DƏHŞƏTLİ HADİSƏ

29 Sentyabr 2017 18:40

32 yaşlı Endrü Foster və onun 28 yaşlı arvadı Lyusi Foster evliliklərinin birinci ildönümünü qeyd edərkən faciəli şəkildə vəfat ediblər. Alpinist əlamətdar günlərini daha fərqli keçirmək üçün Kaliforniyada yerləşən El-Kapitan zirvəsinə dırmanmaqla qeyd etmək istəyiblər. 30 nəfərlə birlikdə zirvəyə doğru gedərkən qəflətən dağdan qopan 40 metrlik qaya cütlüyün üzərinə düşüb və onları 200 metr hündürlükdən uçuruma yuvarlayıb.

“Mona Liza”nın “lüt" şəkli tapıldı

29 Sentyabr 2017 18:38

Fransalı karikaturaçı Matiu Deldikkue 150 ildir Fransada sərgilənən, qara qələmlə çəkilmiş rəsmin Leonardo Da Vinçinin “Mona Liza” əsərinin qaralaması olduğunu açıqlayıb.

Niyamla Mətanət dalaşdı: "Günah məndə deyil"

29 Sentyabr 2017 18:34

Müğənni Niyam Salami ilə Mətanət Əsədovanın bir il əvvəl oxuduqları duet işıq üzü görməyib. Niyam məsələ ilə bağlı "5/5" verilişində danışıb. O deyib ki, Əsədova tənbəllik edir: "Duet elə bir şeydir ki, ortaq olmalısan, çalışmalısan. Mətanətdə tənbəllik var. Qızım, sən işləmirsən, hit mahnılar etmirsən. Məndə niyə günah görürsən? Ona dedim ki, gəl ard-arda mahnılar oxuyaq, etmədi. Mətanətin adı gələndə, bir dənə mahnısını tanımırlar. Demək, sən işləmirsən, məndə günah axtarma. Özü də yaxşı pulu var, yalandan arada danır".

Hülya Avşarın keçmiş əri ekranlara qayıdır

29 Sentyabr 2017 18:31

Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu ekranlara geri qayıdır. Kaya sabiq baldızı Helin Avşar ilə birlikdə veriliş aparacaq. Xəbəri Helin Avşar da təsdiqləyib.Türkiyə mətbuatı belə yazıb: " "TRT SPOR" kanalında "Stadyum" verilişini aparan və yeni mövsümdə proqrama dəvət edilməyən Kaya Çilingiroğlu yenidən ekranlara qayıdır.

Ramos: "Pikenin atdığı tvit yersiz idi"

29 Sentyabr 2017 18:27

"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniyanın müstəqilliyini dəstəkləyir. O, Tvitter-də bu barədə paylaşım edib. Pikenin bu hərəkətinə milli komanda yoldaşı Serxio Ramos münasibət bildirib. "Pike oyunlarda fitə tutulmasını istəmirsə, atdığı tvit yersiz idi. Kapitan kimi millidə lazımi atmosferin olmasına çalışıram. Pike bu fikrini düzgün vaxtda yazmayıb" - Ramos deyib.

Bərdə sakinin həyətində 16 ədəd çətənə kolu aşkar edilib

29 Sentyabr 2017 18:22

Kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Əyricə kənd sakini Vəkil Manafova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

"Montella Ançelottidən daha gənc və onun qədər istedadlıdır"

29 Sentyabr 2017 18:23

"Milan"ın idman direktoru Massimiliano Mirabelli Karlo Ançelottinin "Bayer Munix"dən istefaya göndərilməsinə münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Ançelotti özünü dünyanın ən yaxşı məşqçilərindən biri kimi göstərib.

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib

29 Sentyabr 2017 18:22

Stavropolda "İnvestisiyalar, innovasiyalar, turizm" mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda "dəyirmi masa"lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.

"Real"ın prezidenti federasiyadan narazıdır

29 Sentyabr 2017 18:20

"Real Madrid"in prezidenti Florentino Perez İspaniya Futbol Federasiyasında islahatların həyata keçirilməsini zəuri hesab edir.  Perez hakimliklə bağlı problemlərin həll olunmasını birinci dərəcəli vəzifə kimi göstərib.

"Space X"-ın Marsa enişinin görüntüləri yayılıb - VİDEO

29 Sentyabr 2017 18:20

"Space X" kosmik gəmisinin banisi Mask İlon özünün sosial hesabından kosmik gəminin Marsa enişini, Yer ətrafında fırlanmasını, Ayın maksimal dərəcədə yaxınlığından keçdiyi anları əks etdirən video-roliklər paylaşıb.