Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib

Stavropolda "İnvestisiyalar, innovasiyalar, turizm" mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda "dəyirmi masa"lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.

Stavropolda "İnvestisiyalar, innovasiyalar, turizm" mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda "dəyirmi masa"lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb. Tədbirin əvvəlində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunda qeyd olunub ki, iki ölkə məmurlarının, biznesmenlərinin və ekspertlərinin hər il keçirilən görüşləri artıq xoş ənənə halını alıb. Bu cür tədbirlər mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu meydançaya çevrilib. Əlamətdar haldır ki, əməkdaşlığın ticarət-iqtisadi əlaqələrdən humanitar münasibətlərədək prioritet istiqamətləri forum iştirakçılarının diqqət mərkəzindədir. Məktubunda forum çərçivəsində qarşılıqlı fəaliyyətin əsas cəhətlərinin nəzərdən keçirildiyini, müqavilələr və sazişlər bağlandığını, biznes-layihələr irəli sürüldüyünü və gələcək təşəbbüslər üçün əlaqələr qurulduğunu vurğulayan Prezident İlham Əliyev bütün bunların ölkələrimiz arasında konstruktiv dialoqun dərinləşməsinə töhfə, Azərbaycan-Rusiya əlaqələrinə impuls verəcəyini qeyd edib. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, budəfəki görüşdə yaranacaq yeni ideyalar və birgə layihələr də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi istiqamətində daha bir addım olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31