Ramos: "Pikenin atdığı tvit yersiz idi"
"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniyanın müstəqilliyini dəstəkləyir. O, Tvitter-də bu barədə paylaşım edib. Pikenin bu hərəkətinə milli komanda yoldaşı Serxio Ramos münasibət bildirib. "Pike oyunlarda fitə tutulmasını istəmirsə, atdığı tvit yersiz idi. Kapitan kimi millidə lazımi atmosferin olmasına çalışıram. Pike bu fikrini düzgün vaxtda yazmayıb" - Ramos deyib.
29 Sentyabr 2017 18:27 İdman"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniyanın müstəqilliyini dəstəkləyir. O, Tvitter-də bu barədə paylaşım edib. Pikenin bu hərəkətinə milli komanda yoldaşı Serxio Ramos münasibət bildirib. "Pike oyunlarda fitə tutulmasını istəmirsə, atdığı tvit yersiz idi. Kapitan kimi millidə lazımi atmosferin olmasına çalışıram. Pike bu fikrini düzgün vaxtda yazmayıb" - Ramos deyib.
Qeyd edək ki, ispan azarkeşlər milli komandanın oyunlarında Pikeni müntəzəm olaraq fitə tuturlar. Goal.az