"Montella Ançelottidən daha gənc və onun qədər istedadlıdır"
"Milan"ın idman direktoru Massimiliano Mirabelli Karlo Ançelottinin "Bayer Munix"dən istefaya göndərilməsinə münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Ançelotti özünü dünyanın ən yaxşı məşqçilərindən biri kimi göstərib.
29 Sentyabr 2017 18:23 İdman"Milan"ın idman direktoru Massimiliano Mirabelli Karlo Ançelottinin "Bayer Munix"dən istefaya göndərilməsinə münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Ançelotti özünü dünyanın ən yaxşı məşqçilərindən biri kimi göstərib. Buna görə onun istefası kədərli xəbərdir. Belə qərarın nə üçün qəbul edildiyini bilmirəm. İtalyan futbolunun azarkeşi kimi məyus olduq. Amma bizim Ançelottidən gənc və onun qədər istedadlı məşqçimiz var. Montellanın iştirakı ilə hazırlanan layihəyə inanırıq və onunla sona qədər davam edəcəyik. Mediada bəzi yazılar olur. Amma hər kəs öz işi ilə məşğul olmalıdır. Buna görə Montelladan möhkəm yapışmalıyıq".
İtaliya mediası "Milan"ın baş məşqçi postuna Antonio Konteni nəzərdən keçirməsini də yazır. A Seriyasında 6 turdan sonra "rossoneri" 6-cı pillədə qərarlaşıb. Goal.az